+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

İnsomnia nədir?

By Humel - 4 Nov 2022 1320 0 comments
İnsomnia nədir?

İnsomnia yuxuya getməyi və yuxuda qalmağı çətinləşdirən yuxu pozğunluğudur.  Yuxu pozğunluğu olan şəxslər yuxudan oynadıqlarında özlərini davamlı olaraq yorğun hiss edirlər.

Xəstəliyin simptomları arasında:
-Yuxuya getməkdə çətinlik
-Gözləniləndən tez oyanmaq
-Yuxu sonrasında dinc hiss etməmək
-Əsəbi olmaq
-Gün ərzində yorğun və halsız hiss etmək
-Koordinasiyada və diqqət cəmləməkdə çətinlik
- Hadisələri xatırlamaqda çətinlik çəkmək
-Gün ərzində yuxulu olmaq
-Yuxu mövzusunda təşviş hissi
-Edilən xəta və qəza sayında artış
-Əhval pozğunluğu və s. vardır.


İnsomnia xəstəliyi bir çox səbəbdən meydana gəlir. Bunlar ilk növbədə psixoloji səbəblər daxildir. Psixoloji səbəblər bir -birindən fərqlənir. Stress altında olan insanlar daimi yuxu problemlərindən əziyyət çəkirlər. Narahatlıq və qorxu da yuxunun qaçmasına səbəb olur.

Risk faktorları :
-Yuxu pozğunluğu
-Sağlamlıq ilə bağlı problemlər
-Stress
-Təşviş pozğunluğu
-Depressiya
-Səyahət
-Düzgün yuxu rejiminin olmaması
-Qeyri-sağlam qidalanma
-Dərman qəbulu
-Alkoqol, siqaret və kofein istifadəsi və s.


Yuxusuzluğun müalicəsində xəstəliyin səbəb olduğu faktorlar önəmlidir. Bu səbəbdən əvvəlcə bu xəstəliyin səbəbləri araşdırılmalı və müalicə edilməlidir.


İnsomnia xəstəliyi, psixoloqlar və ya psixiatrlar tərəfindən müalicə edilməlidir. Xəstənin psixoloji və fiziki qiymətləndirilməsi mütəxəssislər tərəfindən aparılmalı və həkim tərəfindən tövsiyə edildiyi formada davam etdirilməlidir. Qəti nəticələr əldə etmək üçün müalicə prosesi davamlı olmalıdır.
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!