+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Sendviç texnikası nədir?

By Firuzə Qənizadə - 6 Jun 2022 1264 0 comments
Sendviç texnikası nədir?

Sendviç metodu münasibətləri nizamda saxlamaq üçün istifadə olunan bir ünsiyyət texnikasıdır. Adından da göründüyü qədərilə bu ünsiyyət texnikası sendvic kimi 3 hissədən ibarətdir. Sendvic texnikası əsasən tənqid, irad, mühakimə bildirmək məqsədilə istifadə olunur. Beləki, birbaşa mənfi mesaj verildikdə qarşı tərəf müdafiə mexanizminə keçər, deyiləni qəbul etməz və bu münasibətlərin pozulmasına səbəb olar. Bu metodda , sanki 2 çörək arasına tənqid mövzusu yerləşdirilərək qarşı tərəfə sunulur. Buradakı 2 çörək isə tərif, xoş sözlərdən ibarətdir. Bu xoş sözlər qarşı tərəfin bir müsbət keyfiyyəti, bəyəndiyimiz davranışı və ya həmin gün geyindiyi geyim ilə də əlaqədar ola bilər.

Metodu istifadə edərkən diqqət edilməli bir nüans var. Beləki mənfi mesaja keçən zaman "amma"," ancaq", "lakin" ifadələrini işlətməmək lazımdır. Çünki bu bağlayıcılar əvvəldə deyilən xoş sözlərin dəyərini azaldar, qarşıdakı insan yalnız tənqidə fokuslanaraq müdafiəyə keçər. "Amma" əvəzinə "və"nin istifadəsi daha doğru olar.

Nümunə: Dəvət olunduğunuz bir yerə getmək istəmədikdə - "Dəvət etdiyin üçün çox sağol. Mənə də səninlə vaxt keçirmək xoşdu. Bu həftə sonu görəcəyim bir çox işim var. Əgər gəlsəm onları çatdırmayacağam. Ümid edirəm gələn həftə görüşərik."
Və ya övladınıza "Dərs oxu!" əvəzinə- "Qızım/oğlum sənin qabiliyyətli və ağıllı olduğunu bilirəm və daha çox planlayaraq və davamlı dərslərini oxusan məktəbdə daha müvəffəqiyyətli olacağını düşünürəm. Səni sevirəm və bunu bacaracağını bilirəm."

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!