"Həyatınızı özünüzə doğru gələn yolla yaşayın və hər gün rastınıza çıxan kiçik möcüzələri belə dəyərləndirin." (Robin Şarma)
"Dalğıc və Kəpənək" filmində "Fransız Elle" qəzetinin baş redaktoru Can Dominik Bobi istədiyi hər şeyə nail olmuş, uğurlu iş adamlarından biri idi. Lakin birdən-birə sol göz qapağı istisna olmaqla bütün bədəninə nüfuz edən bir iflic keçirdi.
Tibdə "kilidlənmə sindromu" adı ilə tanınan bu xəstəlikdən sonra beyni normal fəaliyyətini davam etdirsə də, təəssüf ki, bədəni tamamilə iflic olmuş vəziyyətdə idi.
Həkimləri tərəfindən ona gözqırpma vasitəsilə ünsiyyət qura biləcəyi səssiz əlifba adlanan bir üsul öyrətmişdilər. Öyrəndiyi bu üsul sayəsində redaktor həyatın mənası və təcrübələri haqqında kitab yazmağa qadir oldu. Kitabı nəşr olunandan sorna isə dünyasını dəyişdi.
Qeyd etmək istədiyim ən vacib məqam həyatın amansızlığıdır. Səhər oyanıb, yeməyini yeyib, işinin dalınca gedərkən qəflətən baş verən qəza nəticəsində həyatını dəyişən insanlar var.
Bu, sadəcə olaraq, həyatdır. Və həyatın bütün bu amansızlığına baxmayaraq, biz hələ də ədəbi olaraq yaşayacağımızı zənn edərək vaxtımızı boş yerə sərf etməyə davam edirik.
Ölüm haqqında fikirləşmək həyatda mühüm olan bir sıra digər məsələlərə daha çox diqqət yetirməyimizə səbəb olur. Məhz bu məsələlərdən ən mühümü də şərait nə olursa olsun, cənab Bob' inin də etdiyi kimi heç vaxt potensialımızı ortaya çıxarmaqdan çəkinməməyimizdir.
Psixoloq Təranə Üzdənova
Tags: Potensial Kəşfi Həyat Dərsləri Ruhsal İnkişaf İlhamverici Hekayələr Mübarizə və İrəliləmə Həyatın Çətinlikləri Ruhun Gücü Şəxsi İnkişaf Həyat Məqsədi Kiçik Möcüzələr Humel Psixologiya Psixoloq Təranə Üzdənova Psixoloq Terane Uzdenova Psixoloq Tarana Uzdanova
Write a comment