+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya və The Khudafereen ilə Tələbələrin Xaricdə Təhsil üçün Psixoloji Hazırlığını Gücləndirən Strateji Tərəfdaşlıq

By Humel - 24 Feb 2026 8 0 comments
Humel Psixologiya və The Khudafereen ilə Tələbələrin Xaricdə Təhsil üçün Psixoloji Hazırlığını Gücləndirən Strateji Tərəfdaşlıq

 

The Khudafereen Xaricdə Təhsil şirkəti (@thekhudafereen ) ilə strateji tərəfdaşlığımızın davam etdirilməsi barədə razılığa gəldik. 2026-cı ildə bu uğurlu əməkdaşlığı daha da gücləndirərək tələbələrin psixoloji hazırlığı və inkişafına birgə töhfə verməyə davam edəcəyik.

 

Humel Psixologiya Mərkəzi olaraq bir ildən çoxdur ki, “Xaricə gedən tələbələr üçün Psixoloji Hazırlıq və Mentorluq” proqramını uğurla həyata keçiririk. Məqsədimiz tələbələrin xaricdə təhsilə psixoloji və emosional baxımdan tam hazır olmalarını təmin etməkdir. Proqram çərçivəsində 30-dan çox xarici təhsil şirkəti ilə əməkdaşlıq edərək yüzlərlə tələbənin adaptasiya, özünə inam və psixoloji dayanıqlığını gücləndirmişik.

 

Bu uğurlu tərəfdaşlıqlar arasında The Khudafereen Xaricdə Təhsil şirkəti (@thekhudafereen ) xüsusi yer tutur. Şirkət proqramımıza ilk etimad göstərən və strateji yanaşma nümayiş etdirən əsas tərəfdaşlarımızdan biri olmuşdur. Bu əməkdaşlıqda həmtəsisçi Elmir bəyin vizyoner baxışı, tələbəyönümlü yanaşması və davamlı dəstəyi mühüm rol oynamışdır.

 

The Khudafereen Xaricdə Təhsil şirkəti (@thekhudafereen ) bu gün etibarlılığı, peşəkarlığı və tələbə yönümlü strateji yanaşması ilə seçilən nüfuzlu tərəfdaşlarımızdan biridir. Şirkəti fərqləndirən əsas xüsusiyyət yalnız xidmət təqdim etməsi deyil, eyni zamanda tələbələrin uzunmüddətli uğurunu və yeni mühitə uğurlu inteqrasiyasını prioritet kimi qəbul etməsidir. Bu yanaşma təhsilə yalnız xidmət kimi deyil, tələbənin həyatında dönüş yaradan strateji inkişaf mərhələsi kimi yanaşıldığını göstərir.

 

Bir ilə yaxın davam edən strateji tərəfdaşlıq çərçivəsində tələbələrin psixoloji hazırlığını gücləndirmək və yeni mühitə sağlam, inamlı və şüurlu adaptasiyasını təmin etmək üçün seminarlar, maarifləndirici tədbirlər və fərdi psixoloji seanslar həyata keçirmişik. Humel və The Khudafereen arasındakı bu əməkdaşlıq, tələbələrin inkişafını prioritetləşdirən dəyər əsaslı və uzunmüddətli tərəfdaşlığın güclü nümunəsi olaraq, 2026-cı ildə də, mentorluq proqramları, fərqli layihələr, təlimlər və innovativ təşəbbüslərlə daha da genişlənəcək və təsirini artıracaq.

 

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!