
8 noyabr tarixində 350-dən çox qonağın iştirakı ilə The Khudafereen Xaricdə Təhsil Şirkətinin 5 illik Yubiley Forumu keçirildi.
Forumun məqsədi xaricdə təhsil almış məzunları, xaricdə təhsilə maraq göstərən gəncləri, valideynləri və partnyor universitet nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi, inkişaf və motivasiya mühiti yaratmaq idi. Forum çərçivəsində xaricdə təhsilin gələcək perspektivləri, dövlət proqramlarının rolu, tələbələrin beynəlxalq imkanlara çıxışı və karyera inkişafı kimi mövzularda çıxışlar və müzakirələr təşkil olundu.
Forum zamanı Mərkəzimizin rəhbəri, psixoloq Taryel Faziloğlu, xaricdə təhsil almağa gedən tələbələrin qarşılaşdıqları psixoloji çətinliklər və onların həll yolları haqqında geniş çıxış etdi. O, həmçinin “Gənclərin gələcək axtarışı” mövzusunda da dəyərli fikirlərini bölüşdü. Taryel Faziloğlunun sözlərinə görə, bu gün gənclərimizin əsas problemlərindən biri nə istədiklərini müəyyən edə bilməmələri, gələcək hədəflərinin və planlarının isə dəqiq olmamasıdır. O, bu problemin həlli üçün praktik yanaşmalar təqdim etdi.
Tədbir boyunca iştirakçılar spikerlərə 100-dən çox sual ünvanladılar və spikerlər bütün sualları ətraflı şəkildə cavablandırdılar.
✅Dəyərli partnyorumuz The Khudafereen Xaricdə Təhsil Şirkətini yubileyi münasibətilə bir daha təbrik edir, onlar kimi partnyorlarımızın olmasından böyük məmnuniyyət duyduğumuzu bildiririk.
Əminik ki, qarşıdakı illərdə də birgə əməkdaşlığımız davam edəcək və daha böyük uğurlara birlikdə imza atacağıq.













Tags: The Khudafereen Xaricde Tehsil Yubiley Forumu Forum Tədbiri Xaricdə Təhsil Karyera İnkişafı Psixoloji Məsləhət Taryel Faziloğlu Psixoloji Çətinliklərin Həlli Gənclər üçün Praktik Tövsiyələr Təhsil və İnkişaf Motivasiya Təcrübə mübadiləsi Gənclərin inkişafı karyera strategiyaları psixoloji dəstək gənclər və valideynlər xaricdə təhsil imkanları təqaüdlü təhsil

Write a comment