+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Sağlam münasibət

By Sevil Bağırova - 17 Nov 2023 159 0 comments
Sağlam münasibət

Sağlıqsız münasibət- bir və ya hər iki partnyorun da ehtiyaclarını, duyğularını və sərhədlərini yetəri qədər qarşılamadığı birlikdəlik doyumunun aşağı olduğu bir münasibətdir. Sağlıqsız münasibətlər fiziki, duyğusal, psixolojik, sosial və finansal olaraq zərər verici ola və müxtəlif şəkillərdə ortaya çıxa bilər.
Sağlam münasibət qurmaq əksər insanlar üçün vaxt və təcrübə tələb edən bir prosesdir. Sağlıqlı münasibət üçün:

Özünüzü tanıyın: özünüzü, ehtiyaclarınızı, məhdudiyyətlərinizi və duyğularınızı bilmək sağlam münasibət qurmağın açarıdır.


Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin: Sağlam bir münasibətdə açıq, dürüst və hörmət çərçivəsində ünsiyyət qurmaq vacibdir. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək üçün dinləməyi, suallar verməyi, hisslərinizi ifadə etməyi öyrənin və partnyorunuzu anlamağa çalışın.


Bir-birinizi dəstəkləyin: Münasibətlərinizdə bir-birinizi dəstəkləmək vacibdir. Partnyorunuzun arzularını və məqsədlərini dəstəkləyin və təşviq edin. Çətin anlarda bir-birinizi dəstəkləyin və problemləri birlikdə həll etməyə çalışın. Münasibətinizdə bir-birinizin hiss və ehtiyaclarına həssas olması, empatiya qurması və ünsiyyət qurması çox vacibdir.


Sərhədlərinizi təyin edin: Öz məhdudiyyətlərinizi və ehtiyaclarınızı bilmək sağlam münasibət qurmağın vacib hissəsidir. Öz məhdudiyyətlərinizi təyin edin və onları partnyorunuza aydın şəkildə çatdırmağı unutmayın.


Və son olaraq, unutmayın:
Romantik münasibətdə sevgi və diqqətin olması, bir terapistin təmin edə biləcəyindən daha çox müalicəvi təsirə sahibdir.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!