
12 noyabr tarixində Bakı Ali Neft Məktəbində "Gəlin, danışaq!" söhbət klubu görüşü keçirildi.
Bu tədbir Bakı Ali Neft Məktəbi Psixologiya Klubu və Azerbaijan Youth Network Public Union ilə Humel Psixologiya Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil olunmuşdu.
Tədbirdə 70-dən çox tələbə iştirak etdi, görüşün mövzusu “Daxili Motivasiya və Özünə Dəyərin Artırılması” idi və tədbir çox dinamik keçərək 2 saat davam etdi.
Tədbirin spikeri – psixoloq Taryel Faziloğlu, daxili motivasiyanın necə formalaşdığını, insan davranışlarına təsir mexanizmlərini və qərarvermə prosesində oynadığı rolu real nümunələrlə izah etdi. O, motivasiyanın 6 əsas motiv üzərində qurulduğunu və hər bir insanın fərqli dominant motivə sahib olduğunu vurğulayaraq, iştirakçıların öz motivlərini müəyyən etmələri üçün praktik yanaşmalar təqdim etdi.
Görüş zamanı tələbələrimizin əldə etdiyi əsas faydalar və praktik metodlar:
✅ Özünü daha yaxşı tanımaq üçün dərinləşdirilmiş sual texnikaları: Tələbələrə daxili mexanizmlərini anlamaqda yardım edən suallar və onların analizi.
✅ İnsanları anlama bacarığı: Qarşımızdakı insanı tanımaq üçün ilk mərhələdə diqqət edilməli olan davranışlar və siqnallar.
✅ Motivlərin prioritetləşdirilməsi: Gündəlik həyat ritmində motivasiyanı gücləndirmək üçün qısa, lakin təsirli öz-analiz metodları.
✅ Daxili dəyərin artırılması: Tələbələrin öz potensiallarını kəşf etmələri üçün praktik addımlar və tətbiq oluna bilən yanaşmalar.
✨ İştirak edən bütün tələbələrə təşəkkür edirik! Fikir mübadiləsi, özünü anlama və şəxsi inkişaf yolunda atılan hər addım dəyərlidir.
Bu tip görüşlərimiz davamlı olacaq və növbəti tədbirlərimizdə sizi də aramızda görməkdən məmnun olarıq.



Tags: Humel Psixologiya Mərkəzi Psixologiya Merkezi psixologiya klubu Taryel Faziloğlu Bakı Ali Neft Məktəbi Baki Ali Neft Mektebi PsixolojiKlub BANM söhbət klubu psixoloq yaxşı psixoloq Uzman Psixoloq Klinik Psixoloq Psixoloji Dəstək Psixoloji Destek psixoloji inkişaf daxili motivasiya özünə dəyər tələbə inkişafı motivasiya texnikaları şəxsi inkişaf seminar telim təlim tələbə telebe GəlinDanışaq PsixolojiGörüş

Write a comment