Humel Psixologiya Mərkəzinin Təcrübə (Staj) Proqramı çərçivəsində növbəti praktik təlim keçirildi.
Humel Psixologiya Mərkəzinin Təcrübə (Staj) Proqramı çərçivəsində iştirakçılar üçün "Əhval-ruhiyyə Pozuntuları, Depressiya və Psixoterapiyası" mövzusunda növbəti praktik təlim təşkil olundu.
Təlim zamanı əhval-ruhiyyə pozuntularının klinik xüsusiyyətləri, depressiyanın yaranma səbəbləri və risk faktorları, diaqnostik yanaşmalar, müasir psixoterapiya metodları, etik prinsiplər və psixoloqun konsultasiya prosesində rolu ətraflı şəkildə müzakirə edildi. İştirakçılar real klinik nümunələrin təhlili, praktik tapşırıqlar və interaktiv müzakirələr vasitəsilə mövzu üzrə nəzəri biliklərini praktik yanaşmalarla möhkəmləndirmək imkanı əldə etdilər.
Humel Psixologiya Mərkəzi olaraq inanırıq ki, güclü psixoloq yalnız nəzəri biliklə deyil, praktik təcrübə ilə yetişir. Bu səbəbdən Təcrübə (Staj) Proqramımız iştirakçıların peşəkar bacarıqlarının inkişafına, analitik düşüncə bacarıqlarının formalaşmasına və real konsultasiya prosesinə hazırlığına xüsusi önəm verir.
Təcrübə Proqramımız çərçivəsində təşkil olunan hər bir təlim iştirakçıların müasir psixoloji yanaşmaları daha dərindən mənimsəməsinə, praktik bacarıqlarını inkişaf etdirməsinə və gələcək peşə fəaliyyətinə daha inamla hazırlaşmasına xidmət edir.
Humel Psixologiya Mərkəzi – gələcəyin peşəkar psixoloqlarının yetişməsinə dəstək verən inkişaf mühiti.
Tags: Əhval-ruhiyyə Pozuntuları Depressiya Depressiyanın Psixoterapiyası Psixoterapiya Psixologiya Klinik Psixologiya Psixoloji Konsultasiya Təcrübə Proqramı Staj Proqramı Praktik Təlim Psixologiya Tələbələri Gənc Psixoloqlar Peşəkar İnkişaf Humel Psixologiya Mərkəzi Psixoloq Hazırlığı

Write a comment