
Humel Psixologiya Mərkəzi olaraq Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) İnsan Resursları Komitəsinə üzv seçilməyimizdən böyük məmnunluq duyuruq.
AKBA Azərbaycanın kapital bazarları ekosisteminin inkişafında strateji rol oynayan, ölkənin ən nüfuzlu peşəkar platformalarından biridir. Assosiasiya kapital bazarlarının beynəlxalq standartlara uyğun inkişafının təşviqi, bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi, tənzimləyici qurumlarla özəl sektor arasında səmərəli dialoqun qurulması, maliyyə savadlılığının artırılması, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və sektorun davamlı inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir.
Eyni zamanda AKBA ölkədə kapital bazarlarının daha şəffaf, rəqabətqabiliyyətli və investorlar üçün daha cəlbedici ekosistemə çevrilməsinə töhfə verən əsas institusional platformalardan biri kimi çıxış edir. Xüsusilə insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müasir idarəetmə və insan resursları yanaşmalarının tətbiqi istiqamətində həyata keçirdiyi fəaliyyətlər maliyyə sektorunun uzunmüddətli dayanıqlığının və rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan, AKBA-nın İnsan Resursları Komitəsinə üzv seçilməyimiz Humel Psixologiya Mərkəzi üçün yalnız yeni bir əməkdaşlıq deyil, həm də Azərbaycanın kapital bazarlarının gələcəyini formalaşdıracaq insan kapitalının inkişafına bilik, təcrübə və dəyər qatmaq üçün mühüm məsuliyyət və etimaddır.
İnanırıq ki, qarşıdakı dövrdə AKBA ilə birlikdə kapital bazarlarında insan kapitalının inkişafı, peşəkar bacarıqların gücləndirilməsi və istedadların yetişdirilməsi ilə yanaşı, psixologiya elminin insan resurslarının idarə olunmasına inteqrasiyası, əməkdaşların psixoloji rifahının gücləndirilməsi, sağlam təşkilati mədəniyyətin formalaşdırılması və davamlı yüksək performansın təşviqi istiqamətində həyata keçiriləcək təşəbbüslərə Humel Psixologiya Mərkəzi olaraq öz peşəkar bilik və təcrübəmizlə dəyərli töhfələr verməyə çalışacağıq.
Bizə göstərilən bu yüksək etimada görə AKBA-nın Baş İcraçı Direktoru Elvin bəyə, eləcə də Assosiasiyanın rəhbərliyinə və bütün komandasına səmimi təşəkkürümüzü bildirir, bu əməkdaşlığın ölkəmizdə insan kapitalının inkişafına və kapital bazarlarının gələcəyinə mühüm töhfələr verəcəyinə inanırıq.
( https://akba.az/ )
Tags: Humel Psixologiya Mərkəzi AKBA Azərbaycan Kapital Bazarları Assosiasiyası İnsan Resursları Komitəsi İnsan Kapitalı Korporativ Psixologiya Təşkilati Psixologiya Psixoloji Rifah İnsan Resursları HR Kapital Bazarları Korporativ Rifah İş Yerində Psixoloji Rifah Human Capital

Write a comment