+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya Mərkəzi və Qərbi Kaspi Universitetinin Gənclərin Karyerasına Dəstəyi

By Humel - 23 May 2025 244 0 comments
Humel Psixologiya Mərkəzi və Qərbi Kaspi Universitetinin Gənclərin Karyerasına Dəstəyi

Humel Psixologiya Mərkəzi olaraq 23 may 2025-ci il tarixində Qərbi Kaspi Universitetində keçirilən Əmək Yarmarkasında iştirak etdik. Dəvət üçün Qərbi Kaspi Universitetinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Yarmarka çərçivəsində yalnız iş müraciətləri deyil, eyni zamanda tələbələrlə aparılan səmimi və mənalı söhbətlər də bizim üçün çox qiymətli oldu. Psixoloji və peşəkar həyatla bağlı yaşadıqları çətinliklər, suallar və paylaşdıqları düşüncələr bizə bir daha göstərdi ki, bu kimi platformalar qarşılıqlı öyrənmək və dəstək üçün əvəzsiz fürsətlər yaradır.

Humel olaraq hər zaman olduğu kimi, gənc məzunların iş dünyasına daha sağlam və uğurlu keçidi, psixoloq peşəsini seçən yeni namizədlərin isə karyeralarına möhkəm və düzgün təməl üzərində başlamaları üçün əlimizdən gələni etməyə davam edəcəyik.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!