+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya Mərkəzi və AKBA arasında strateji əməkdaşlıq başladı

By Humel - 22 Apr 2026 18 0 comments
Humel Psixologiya Mərkəzi və AKBA arasında strateji əməkdaşlıq başladı

 

Humel Psixologiya Mərkəzi və Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) ( https://akba.az/ ) arasında əməkdaşlıq razılığına gəldiyimizi məmnuniyyətlə elan edirik.

Dəyərli dəvət və qonaqpərvərliklərinə görə AKBA-nın İcraçı Direktoru Elvin bəyə və üzvlərlə iş üzrə rəhbər İlaha xanıma  səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) — 2007-ci ildə təsis edilmiş, qiymətli kağızlar və kapital bazarında fəaliyyət göstərən iştirakçıları vahid məqsədlər ətrafında birləşdirən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

AKBA-nın üzvləri əsasən investisiya şirkətləri, broker-dilerlər, banklar, aktivlərin idarə edilməsi şirkətləri, sığorta və digər maliyyə qurumları, həmçinin fond birjası və bazar infrastrukturu təşkilatları və kapital bazarı üzrə konsaltinq və peşəkar xidmət şirkətləridir. Assosiasiyanın missiyası kapital bazarının inkişafı üçün şəffaf, etibarlı və dayanıqlı mühit yaratmaq, iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin rəqabətqabiliyyətli və peşəkar kapital bazarı ekosisteminin formalaşmasına töhfə verməkdir.

Humel Psixologiya Mərkəzi olaraq AKBA ilə əməkdaşlıq imkanlarını ətraflı şəkildə dəyərləndirdik və AKBA-ya üzv olmaq barədə razılığa gəldiyimizi məmnuniyyətlə qeyd etmək istərdik.

Bu əməkdaşlıq çərçivəsində, kapital bazarında fəaliyyət göstərən rəhbərlər və bu sahəyə maraq göstərən şəxslər üçün pula münasibət və onun psixoloji idarə olunması, stressin effektiv idarəsi və digər aktual psixoloji mövzular üzrə praktik, maarifləndirici və real dəyər yaradan layihələr həyata keçirəcəyik.

Layihələr iştirakçılara qarşıya çıxan çətinlikləri psixoloji baxımdan balanslı idarə etmək, qərarvermədə daxili sabitliyi və emosional intizamı qorumaq, həmçinin peşəkar və şəxsi həyatda psixoloji dayanıqlılıq və emosional stabillik qazanmaq imkanı yaradacaq, nəticədə onlara real və davamlı psixoloji fayda təmin edəcək.

Məqsədimiz AKBA üzvlərinə və iştirakçılara uzunmüddətli, praktik və dərin psixoloji fayda təmin etməkdir.

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!