+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Hiperseksuallıq

By Firuzə Qənizadə - 3 Aug 2022 1436 0 comments
Hiperseksuallıq

Yüksək cinsi meyillilik – Hiperseksuallıq, kompulsif cinsi davranış pozuntusu və ya sadəcə seksual asılılıq kimi də tanınır. Yüksək cinsi meyllilik kişilərdə satiriaz, qadınlarda nimfomaniya adlanır. Bir insanın cinsi əlaqəyə və ya fantaziyalara obssesiv yanaşması yüksək cinsi meylliliklə əlaqələndirilir. Bu obsessiyalar adətən o qədər şiddətlidir ki, insanın gündəlik fəaliyyətini poza bilər.

Hiperseksuallığı olan insanlar pornoqrafik məzmunlu videoları həddindən artıq izləmək, həddindən artıq masturbasiya və ya çox sayda partnyorla cinsi əlaqə qurmaq kimi bir sıra problemli cinsi davranışlar nümayiş etdirə bilər.
Yüksk seksual meyliliyin səbəbləri tam müəyyən edilməyib. Depressiya, bipolyar pozuntu, şəxsiyyət pozuntuları və ya başqa bir asılılıq (qumar, alkoqol, psixoaktiv maddə...) kimi psixi pozuntuların olması yüksək cinsi meyllilik üçün bir risk faktorudur. Bundan əlavə, cinsi və fiziki zorakılığa məruz qalanlarda daha çox rast gəlindiyi bildirilir.


Digər səbəblər arasında beynin hormonal balansının pozulması olduğu düşünülür. Belə ki, cinsi əlaqə beyində dopamin, serotonin və norepinefrin kimi neyrotransmitterlərin ifrazını artıraraq beynin mükafat sisteminə stimullaşdırıcı təsir göstərir. Bu hormonal balansın pozulmasının asılılığa səbəb ola biləcəyi müəyyən edilmişdir. Parkinson xəstələrinin müalicəsində istifadə edilən dopamin preparatları bu neyrotransmitterin konsentrasiyasını artıraraq hiperseksuallığa səbəb ola bilər.

Uşaqlıqda sevgisiz və güvənsiz-etibarsız bir mühitdə yaşayan hiperseksual insanlar uşaqlıqda tapa bilmədikləri mənəvi və fiziki istiliyi daim dəyişən partnyorlarında axtarırlar. Buna görə də əsl məmnunluğu tapa bilmirlər. Onlar daim özlərini sübut etməli və yeni insanları fəth etməli olduqlarını düşünürlər. Ona görə də bu aludəçilik daha çox uşaqlığını pis keçirmiş, dağılmış ailə mühitində böyümüş insanlarda müşahidə olunur.

Müalicəsi: Hiperseksuallıqla yaşayan bir şəxs üçün uyğun müalicə dərman və psixoterapiyadır. Psixoterapiya insana davranışlarını daha yaxşı idarə etmək üçün düşüncə tərzi və hissləri üzərində işləməyə kömək edir.

 

Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!