Bu suala cavab ciddi bir araşdırma olan ACE (Adverse Childhood Experiences) tərəfindən verilmişdir. Araşdırma 10 əsas uşaqlıq travmalarını təsvir edib.
Zorakılıq (Abuse)
1. Valideyn və ya digər qayğı göstərən şəxs tərəfindən vurulmaq və ya fiziki olaraq zərər görmək.
2. Valideyn və ya digər böyüklər tərəfindən tez-tez təhqir olunmaq, alçaldılmaq və ya mənəvi olaraq zərər görmək.
3. Yetkin şəxslər və ya yaşca böyük insanlar tərəfindən istənməyən cinsi əlaqə, istismar və ya qeyri-etik davranışa məruz qalmaq.
Laqeydlik (Neglect)
4. Yetərli qida, təmiz geyim və ya təhlükəsizlik təmin edilməməsi.
5. Valideyn və ya qayğı göstərən şəxslər tərəfindən sevgiyə, qayğıya, dəstəyə məhrum qalmaq.
Ailə Daxili Problemlər (Household Dysfunction)
6. Ailədə spirtli içki və ya narkotik asılılığı olan valideyn və ya böyüklərlə birgə yaşamaq.
7. Valideyn və ya digər ailə üzvlərinin depresiya, psixi xəstəlik və ya intihara meyilli olması.
8. Valideynlər arasında ayrılıq və ya boşanma yaşamaq.
9. Valideyn və ya qayğı göstərən şəxsin fiziki zorakılığa məruz qalmasını şahid olmaq.
10. Ailədə həbsdə olan birinin olması.
Travmalar peşəkar, romantik və özümüzlə olan münasibətlərimizə sarsıdıcı təsir edə bilər. Lakin psixoloji dəstək və sevgi ilə bu çətinliklərin öhdəsindən gəlmək mümkündür.
Sevgi ilə qalın!
Qeyd: Əgər 4 və ya daha çox uşaqlıq travması təcrübəsi yaşamısınızsa, peşəkar dəstək almağı ciddi şəkildə nəzərdən keçirməlisiniz.
Psixoloq Rüstəm Kərimov
Tags: Uşaqlıq Travmaları ACE Araşdırması Zorakılıq və Laqeydlik Ailə Problemləri Psixoloji Nəticələr Travmaların Həyatımıza Təsiri Psixoloji Dəstək Travmalardan Sağalma Emosional Sağlamlıq Psixoterapiya Uşaqlıq Təcrübələri Psixoloji Rifaha Yönəlmə Travmalarla Baş Etmək Psixoloji Travmalar Uşaqlıq Travmalarının Öhdəsindən Gəlmək Humel Psixologiya Travma Müalicəsi Gələcək Münasibətlər Psixoloji Terapiya Yöntəmləri Şəxsi İnkişaf Psixoloji Sağlamlıq Psixoloq Rustem Kerimov Psixoloq Rüstəm Kərimov
Write a comment