
Azərbaycanın Təhsil Sektorunda Yeni və Dəyərli Əməkdaşlıq!
Bu gün ölkəmizin xaricdə təhsil sahəsindəki aparıcı şirkətlərindən biri olan Focus Academy Xaricdə Təhsil Şirkəti ilə önəmli bir əməkdaşlıq razılığına gəldik.
Bu əməkdaşlıq çərçivəsində, xaricdə təhsil almağa gedən tələbələrin psixoloji rifahını və adaptasiya prosesini dəstəkləmək məqsədilə psixoloji mentorluq xidmətləri göstəriləcək. Məqsədimiz tələbələrin yalnız akademik deyil, həm də emosional və şəxsi inkişaf baxımından daha güclü şəkildə təhsillərini başa vurmalarına dəstək olmaqdır.
İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq, birgə layihələrimiz isə həm inkişaf, həm də dəyər yaradan nəticələrə imza atacaq. Ən önəmlisi isə bu əməkdaşlıq, gələcəyimiz olan tələbələrin həyatına əlavə dəyər qataraq, onların təhsil yolunu daha mənalı və unikal bir təcrübəyə çevirəcəkdir.
Bu əməkdaşlığa verdiyi dəyər üçün şirkət rəhbəri Ədalət bəyə səmimi təşəkkürümüzü bildiririk
Tags: Xaricdə Təhsil Psixoloji Dəstək Focus Academy Humel Psixologiya Tələbələr Mentorluq Xaricdə Oxumaq Xaricde tehsil xaricde oxumaq

Write a comment