+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Eyforiya nədir?

By Humel - 22 Dec 2022 4029 0 comments
Eyforiya nədir?

Adətən “həzz”, “uymaq” mənasında anlaşılan “eyforiya” termini politologiya, psixiatriya və narkologiyada geniş izahlara malikdir. Səbəb olmadan həddindən artıq xoşbəxtlik hissini ifadə edir. Bu, rifah hormonlarının çox miqdarda ifraz edildiyi vəziyyətlərlə əlaqələndirilə bilər.

  • Psixiatriyada Eyforiya, hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Strukturuna görə mürəkkəbdir. Narkoz və ya narkozdan sonra da, oksigen çatışmazlığı zamanı da eyforiya vəziyyəti yarana bilir.
  • Qandakı spirtin miqdarı ilə əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qanda 50-100 mq spirt olur. Ayrıca morfin, mereidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər.

Əgər eyforiya zamanı əhvalın yüksəlməsi ilə yanaşı, şəxsdə çox hərəkətlilik, psixi fəallıq müşahidə olunursa, maniakal vəziyyətdən xəbər verir. Somatogen eyforiya zamanı isə əksinə, aşağı düşməyə başlayır. İnsan özünü xoşbəxt hiss edir, narahatlıqları, problemləri sanki onu tərk edir. Patoloji şən əhval-ruhiyyə müşahidə olunur. O, hər şeyə pozitiv baxmağa başlayır. İnsan o qədər şən olur ki, ətrafda baş verən xoşagəlməz hadisələr onun əhvalını poza bilmir. Patoloji hal ondan ibarətdir ki, eyforiya vəziyyətində olan şəxs neqativ və bədbəxt hadisələri belə sevinclə qəbul edir. Əgər xəstədirsə, öz xəstəliyinə qarşı da tənqidi münasibəti itir. Xəstə özünün pis vəziyyətdə olduğunu qəbul edə bilmir.


Ümumiyyətlə, çətin müalicə olunan və ağır xəstəliklərin müalicəsindən sonra da, onkoloji xəstəliklərin müəyyən mərhələlərində də xəstələrdə eyforiya özünü göstərə bilir. Bəzi psixi xəstəliklər də eyforiyanın yaranmasına səbəb ola bilər.

 

Psixoloq Zöhrə İslamzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!