+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Evliliyə Psixoloji Hazırlıq

By Sevil Bağırova - 20 Feb 2023 746 0 comments
Evliliyə Psixoloji Hazırlıq

Evlilik - İki insanın fərqli dəyərlər, qismən və ya tamamilə fərqli mədəniyyətlə və iki fərqli ailə hekayəsi ilə bir araya gələrək özlərini yenidən kəşf etdikləri, yeni və xüsusi bir quruluş olaraq təyin edilə bilər. Ailənin sosial quruluşun əsasını təşkil etdiyini nəzərə alsaq, evlilik prosesi də mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin dərk edilməsi evlilik məmnunluğu, evliliyə uyğunlaşma və boşanma prosesi ilə bağlı bir çox sahədə araşdırmalara səbəb olmuşdur. Evlilik kişi və qadının qanunla qorunan bir qurum daxilində ər-arvad rollarını mənimsəyərək ömürlərini birlikdə keçirmələri, nəsillərini davam etdirmək üçün formalaşdırdıqları münasibətlər sistemidir.


Evlənmədən öncə evlilik yetkinliyinizin formalaşıb, formalaşmadığını müəyyən etmək üçün özünüzə bu sualları verə bilərsiniz:

  •  Birlikdəykən özünüz olaraq var ola bilirsinizmi?
  • Evlənəcəyiniz şəxs həyatında özü olaraq var ola bilirmi? Yoxsa sadəcə anasının oğlu, atasının qızımı?
  • Təməl dəyər və inanclarınızı tanımısınız mı?
  • Tanıma dönəmində birbirinizin inanc ve dəyərlərinizin fərqində olmanız çox önəmlidir. İkiniz üçün də yaşamın anlamı nədir?
  •  Stress’lə necə başa çıxır?
  • Evlənəcəyiniz insan stress və konflikt anında aqresivləşir mi? Konfliktləri basqın bir düşüncə tərzi ilə “mən “ olaraqmı?, Yoxsa sakit bir söhbət ilə “biz” olaraqmı idarə edir.
  •  Tanıma dönəmində birlikdəykən özünüzü tez tez hansı zonada hiss edirsiniz?
  • Panik zonası mı?( Özünüzü güvəndə hiss etmədiyiniz, narahatlıq və qorxu içərisində olduğunuz zona)
  • Konfort zonasımı? ( Heç bir şey etmədən, öyrənmədən olduğunuz kimi qaldığınız zona)
  • Kəşf zonasımı? ( Yeni şeylərin fərqində olub, anlamağa səy göstərdiyiniz zona)
  •  İçinizdə gizli olan rol modellərinizin fərqindəsinizmi?
  • Evləndikdən sonra içinizdə olan həyat yoldaşı modelini tanıyırsınız mı? Evlilik dönəmində içimizdəki sosial modellər canlanmağa başlayır və qadın anası kimi, kişi isə atası kimi davranmağa meyilli olur. Buna görə evliliklərin böyük əksəriyyətində “Sen dəyişdin, evlənmədən öncə belə deyildin” ifadəsini tez tez eşitmək olar.
  •  Potensial ata- ana olduğunuzun fərqindəsinizmi?


Gələcəklə bağlı aşağıdakı 4 mövzuda danışmaq evliliyə hazırlaşan şəxslərin evliliyə psixoloji hazırlıq mərhələsində qərar qəbul etmələrini asanlaşdıracaqdır:
1. Gələcəklə bağlı narahatlıqlarınız
2. Evlilikdən gözəntiləriniz
3. Evlilikdə qorumaq istədiyiniz dəyərləriniz
4. Evliliyiniz boyunca var olacaq qaydalar


Bir insanın kiminlə evlənəcəyi yaşamının önemli qərarlarından biridir. Buna görə də evlilik üçün gərəkli addımlar evləndikdən sonra deyil, evlənmədən öncə atılmalıdır.

Psixoloq Sevil Bağırova
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!