Erotomaniya nədir?

Müəllif ( Humel ) - 17 Aug 2022 658 0 şərhlər
Erotomaniya nədir?

Erotomaniya nədir?

Məntiqə uyğun olmayan, inadkar, ehtiraslı, tez doyuma çatmaq istəyən bu davranışlarını sevgi adlandıran şəxslər erotomaniya sindromuna  sahibdirlər.

Qarşılıqsız, obsesif şəkildə və sayıqlamalarla gedən psixoloji problemdir. Şəxs qarşı tərəfin ona qarşı hisslərinin olduğunu vurğulayır. Daha çox sayıqlamalarla gedən bu problem vəzifə sahibi və məhşur insanın onu sevdiyini bildirir. Hansısa çıxışında ona şifrələrlə sevgi etiraf etdiyini deyir.


Erotomaniyadan əziyyət çəkən şəxs çox sevildiyini düşünür, lakin müxtəlif səbəblərə görə aşiqinin bunu ona bildirə bilmədiyini və uzaqlaşdığını düşünür. Sevginin yalan olduğuna dair hansısa düşüncəni qəbul etmir,aşiqinin naz etdiyini düşünür. Ona güllər, müxtəlif hədiyyələr göndərir, ətrafında olduğunu xatırladır. Bu şəxs aşiqilə arasında münasibət olmadığını qəbul etməz və aralarında normal münasibət varmış kimi davranarlar.


Statistikaya əsasən kişilərdə qadınlara nisbətən daha çox görülür. Yaranma səbəbi uşaqlıqda sevgi ehtiyacının qarşılanmamasıdır.


Müxtəlif psixoterapiyalardan istifadə olunur,bəzən dərman terapiyasınada ehtiyac olur.

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!