Warning: unlink(/home/u787188887/domains/humel.az/storage/cache/cache.catalog.language.1760503889): No such file or directory in /home/u787188887/domains/humel.az/public_html/system/library/cache/file.php on line 68Emosional Zəka (EQ) Nədir? IQ ilə Fərqləri və İnkişaf Yolları
    
 +994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Emosional zəka (EQ) nədir?

By Aişə Musayeva - 9 Oct 2025 15 0 comments
Emosional zəka (EQ) nədir?

 

Emosional zəka – insanın öz duyğularını dərk edib idarə edə bilməsi, təkcə özünün deyil, başqalarının da nə hiss etdiyini asanlıqla anlaya bilməsi və onlarla olan ünsiyyətini uğurla davam etdirə bilməsi bacarığıdır. Emosional zəkanın yüksək olması sayəsində sosial ünsiyyət zamanı lazım olan bir çox xüsusiyyətlər aktivləşir və fərdlər duyğuları daha aydın şəkildə təhlil edərək öz daxili dünyalarını da kəşf etmək imkanı əldə edirlər.

Emosional zəka (EQ) ilə IQ arasındakı fərq nədir?

Bəzi insanlar emosional zəkanı IQ ilə eyni dərəcədə qiymətləndirməyə bilər. Kimiləri IQ-nun emosional zəka ilə müqayisədə daha vacib və faydalı olduğunu müdafiə etsə də, əslində bu iki zəka növü arasında üstünlük məsələsi yoxdur. Hər ikisi də həyatımızı effektiv şəkildə davam etdirə bilməyimiz üçün mövcud olmalıdır.


IQ: problemləri həll etməyə, plan və strategiyalar qurmağa, abstrakt düşünməyə kömək edir.
EQ (emosional zəka) isə: empatiya qurmağa, duyğuları analiz etməyə və sosial ünsiyyətimizi sağlam şəkildə davam etdirməyə imkan yaradır.

Emosional zəka aşağı olan insanların əlamətləri nələrdir?

1. Ani duyğu partlayışları:

Emosional zəkanın aşağı olduğu insanlar ani qəzəb partlayışları nümayiş etdirə bilirlər. Bunun əsas səbəblərindən biri onların özlərini emosional baxımdan tanımamaları və duyğularına nəzarət edə bilməmələridir. Əksər hallarda duyğulardan qaçdıqları üçün, bu duyğular yığılıb böyüyərək partlayışlara səbəb ola bilər.

2. Sosial  münasibətlərdə problemlər:

Emosional zəkanın aşağı olması özünü ən çox sosial münasibətlərdə büruzə verir. Bunun səbəbi EQ-nun empatiya və anlayış kimi xüsusiyyətləri təmin etməsi, bunların isə sosial münasibətlərin davamlılığı üçün vacib olmasıdır. Bu insanlar dostluq və digər münasibətlərdə üzərinə düşən məsuliyyəti daşımaqda çətinlik çəkə bilərlər. Qarşı tərəfin dediklərinin və davranışlarının arxasındakı mənanı anlamaqda çətinlik çəkdikləri üçün ünsiyyət problemləri yaşaya bilərlər.

3. Fərqli baxış bucaqlarına qapalı olmaq:

Aşağı emosional zəka insanı bəzən daha dar bir düşüncə tərzinə sala bilər. Həyata dar bucaqdan baxa bilər, başqalarının da özləri kimi düşündüyünü zənn edə bilərlər. Öz impulslarını və duyğularını idarə etməkdə çətinlik çəkdikləri üçün bəzən özlərini digərlərindən üstün görə bilərlər. Bu səbəbdən fərqli fikirlərə qarşı laqeyd və alçaldıcı münasibət göstərə bilərlər.

Emosional zəka necə inkişaf etdirilə bilər?

1. Qeydlər aparmaq:

Gün ərzində müxtəlif situasiyalarla qarşılaşırıq və hər biri bizdə fərqli duyğu və düşüncələr formalaşdırır. Gördüyümüz, eşitdiyimiz və yaşadığımız hər hadisə müəyyən emosiyaları aktivləşdirir. Emosional zəkanı inkişaf etdirmək üçün ilk addım olaraq duyğularımızı yazmaqla başlaya bilərik. Nə hiss etdik və bu hiss bizə hansı qərarı verdirdi? Qarşımızdakı insan bir şey danışanda nə hiss etdik? Qeyd aparmaqla bəlkə də nə qədər çox duyğumuz olduğunu və bu duyğuların nə zaman, harada bizə təsir etdiyini öyrənə bilərik. Bu məşq emosional özünü tənzimləmə bacarığımızı artıracaqdır.

2. Geridönüşlər  almaq:

Emosional zəka sosial münasibətlər kimi iş həyatında da vacibdir. İşdəki rolumuzla sosial həyatda olan rolumuz fərqli ola bilər. Bəzən iş mühitində rəsmi olmaq ehtiyacından dolayı soyuq və empatiyadan uzaq görünə bilərik. Bu nöqtədə iş yoldaşlarımızdan və ya rəhbərlərimizdən geri dönüşlər almaq çox önəmlidir. Dünyada bir çox lider və idarəçi bu metoddan istifadə edir. Bu sayədə başqalarının bizi necə gördüyünü anlaya və özümüzü istiqamətləndirə bilərik. Bu da emosional zəkanın inkişafına yardımçı olacaq.

3. Aktiv dinləyici olmaq:

Emosional zəkanı inkişaf etdirməyin ən təsirli yollarından biri aktiv dinləyici olmaqdır. Bəzən qarşımızdakı danışarkən diqqətimiz yayınar, ətrafı izləyərik və ya başqa şeylər düşünərik. Bu zaman danışan şəxsə fokuslanmaq çətinləşir və əlaqə zəifləyə bilər. Bu səbəblə qarşımızdakı insanla maksimum qarşılıqlı əlaqəyə girməli, onun dediklərindən sitatlar gətirərək öz fikirlərimizi əlavə etməliyik.

4. Duyğuların fərqində olmaq:

Bəzən müəyyən duyğulardan qaçmağa çalışırıq – məsələn çox qəzəbləndiyimizdə və ya kədərləndiyimizdə bu hissləri basdırmaq istəyirik. Lakin bu duyğular da sevinc kimi təbii və insanidir. Emosional zəka bütün duyğularımızı tənzimləmək üçün var və əgər biz bu duyğuları inkar etsək, onlar başqa formalarda – davranışlarımızda ortaya çıxa bilər. Buna görə də hiss etdiyimiz duyğular haqqında “Niyə belə hiss edirəm?” kimi suallar vermək bizə bu duyğulara nəzarətetmə gücü verə bilər.

Emosional zəka doğulduğumuz andan etibarən həm sosial, həm də duyğularımızı idarə etmək baxımından bizə faydalıdır. Lakin zənn edildiyinin əksinə olaraq emosional zəka əsasən öyrənilərək qazanılır. EQ hər insanda olan və aktiv şəkildə işləyən bir sistemdir və bu bacarığın üzərində çalışaraq onun inkişaf etdirilməsi mümkündür.



 

Psixoloq Aişə Musayeva

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!