Yaşadığımız və ya şahid olduğumuz hadisələrə əsasən beynimizdə yeni düşüncə qəlibi formalaşır. Psixikanın buradakı məqsədi eyni halın təkrarlanmasından qorunmaq olsa da bəzən bu fikirlər yalnış ola bilir. Bunlar düşüncə xətaları adlanır, hansı ki, insanın həyat fəaliyyətini çətinləşdirir, daxili harmoniyanı pozur.
Məsələn "Artıq heç kimə etibar edə bilmirəm." deyən insan 1 cümlə quraraq 6 düşüncə xətasına yol verir:
1. Etiketləmək: Bir səhvə görə bütün insanlara 'etibarsız' etiketi yapışdırmaq.
2. Falçılıq eləmək: İlk dəfə qarşılaşdığı insanlar haqqında neqativ ön mühakimə etmək. Reallığa uyğun olmayan nəticələr çıxarmaq.
3. Ümumiləşdirmək: 1-2 uğursuz təcrübəyə əsasən ~ 7 milyard insanın keyfiyyətlərini ümumiləşdirmək.
4. Müsbəti gözardı etmək. Etibarlı insanlarla qarşılaşmış olsa da onların müsbət keyfiyyətlərini görməmək.
5. Başqalarını günahlandırmaq: Günahkar axtarmaq. Həyatımıza daxil etdiyimiz insanların məsuliyyətini özümüz daşıyırıq. Bizə göstərilən münasibətin məsuliyyətini isə qarşı tərəflə bölüşürük.
6. Böyütmək. Yaşadığı hadisələrin vacibliyini daha da böyüdərək gələcəyini buna uyğun qurmaq.
Nitqinizdəki - istifadə etdiyiniz cümlələrdəki düşüncə xətalarını görmək, onların fərqində olmaq arzulanan gələcək üçün atılan bir addımdır. Özünüzü dinləməyi unutmayın!
Tags: psixoloq firuzə qənizadə humel psixologiya merkezi psixologiya merkezi psixologiya mərkəzi düşüncə xtası yanlış fikirlər fikir xətaları psixoloji problemlər
Write a comment