
Doğuş sonrası (Postnatal) depressiya
Postnatal depressiya doğuşdan sonra, yeni ana olmuş qadınlarda rast gəlinən depressiv pozuntudur. Doğuşdan sonrakı depressiya qadının körpəsinə qulluq etmək və digər gündəlik işləri yerinə yetirmək qabiliyyətinə mane ola bilər. Simptomlar adətən doğuşdan sonra ilk bir neçə həftə ərzində inkişaf edir. Ancaq daha erkən başlaya bilər - hamiləlik zamanı - və ya daha sonra - doğumdan sonrakı bir ilə qədər davam edə bilir.
Postnatal depressiyanın əlamətləri:
- Depressiv əhval-ruhiyyə və ya kəskin əhval dəyişikliyi
- Çox ağlamaq
- Körpə ilə bağ qurmaqda çətinlik
- Ailədən və dostlardan uzaqlaşma
- İştahsızlıq və ya adi haldan çox yemək
- Yuxusuzluq və ya çox yatmaq
- Həddindən artıq yorğunluq və ya enerjisizlik
- Əvvəllər zövq aldığı fəaliyyətlərə daha az maraq və həzz
- Güclü qıcıqlanma və qəzəb
- Yaxşı ana olmadığından qorxmaq
- Ümidsizlik
- Dəyərsizlik, utanc, günahkarlıq və ya qeyri-adekvatlıq hisslər
- Aydın düşünə bilməmək, konsentrasiya və ya qərar qəbul etməkdə çətinlik
- Güclü həyəcan və təşviş halı
- Özünə və ya körpəyə zərər vermə düşüncələri
- Ölüm və ya intihar haqqında təkrarlanan düşüncələr
Müalicə edilmədikdə, doğuşdan sonrakı depressiya aylarla və ya daha çox müddətdə davam edə bilər.
Doğuşdan sonra bütün qadınlar həssas olsa da, postnatal depressiyanın inkişaf şansını artıran müəyyən amillər var:
- Əvvəllər depressiya və ya digər psixi pozuntunun olması
- Həyat yoldaşı və ya öz valideyni ilə münasibətlərdə çətinliklər
- sosial dəstəyin az olması
- hamiləlik zamanı depressiyanın başlanğıcı
- hormonal problemlər
- həyat stressləri və ya maddi çətinliklər.
Müalicəsi: postnatal depressiyanın əlamətləri psixoterapiya ilə aradan qaldırılır.
Klinik psixoloq Firuzə Qənizadə
Tags: psixoloq firuze qenizade humel psixologiya merkezi humel psixologiya mərkəzi overthinking nədir təşvişli insanlar psixoloji problemler psixologiya merkezi psixologiya mərkəzi doğum sonrası depressiya depressiyanın əlamətləri valideyinlər hamilə qadınlar doğumdan sonra psixologiya
Write a comment