+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Cütlük və Ailə terapiyası

By Sevil Bağırova - 6 Apr 2024 231 0 comments
Cütlük və Ailə terapiyası

Cütlük və ailə terapiyası cütlüklərdə və ailə üzvlərində problemli vəziyyətlərin, davranışların müsbət istiqamətdə dəyişdirilməsi və inkişaf etdirilməsi üçün cütlüklər və ya bütün ailə üzvləri arasındakı əlaqənin yaxından araşdırıldığı və öyrənildiyi bir terapiya formasıdır.
Cütlük və Ailə Terapiyasından Kimlər Faydalana bilər?


Evliliyində və ya evlilikdən əvvəl partnyoru ilə problemi olan bütün şəxslər cütlük və ailə terapiyası dəstəyi ala bilərlər. Cütlük və ailə terapiyasının istifadə sahəsi kifayət qədər genişdir. Bu sahələrdən bəziləri bunlardır:

  • cütlüklər arasındakı münasibət
  • boşanma prosesi
  • evlilik problemləri
  • depressiya
  • uşaq əsaslı problemlər
  • iqtisadi problemlər
  • iş stresi
  • kədər və travma prosesləri
  • alkoqol və maddə istifadəsi
  • ailə həyatındakı dəyişikliklər (miqrasiya, iş dəyişikliyi və s.)
  • emosional və fiziki zorakılıq, zorakılıq
  • əhval pozğunluqları
  • uşaqlarda və yeniyetmələrdə davranış pozğunluqları
  • uyğunlaşma problemləri
  • xəyanət prosesləri
  • övladlığa götürmə
  • psixoseksual çətinliklər
  • uşaqlarda və yeniyetmələrdə yemək pozğunluqları
  • valideynlik bacarıqları
  • motivasiya itkisi
  • cinsi problemlər


Evlilik boyu bir çox problemlə qarşılaşa bilərik, bu olduqca normaldır. Bu problemləri bəzən münasibət daxilində həll edə bildiyimiz halda, bəzən bu problemlər mürəkkəbləşə və həll etməkdə çətinlik çəkə bilərik. Münasibətlər daxilində həll olunmamış vəziyyətlər təkrarlanmağa başlaya bilər ki, bu da mübahisələrin və fikir ayrılıqlarının artmasına səbəb ola və hər iki tərəfin psixi sağlamlığına mənfi təsir göstərə bilər. Hətta ayrılıq qərarına qədər gətirə bilər. Belə hallarda terapiya dəstəyi almaq çox faydalı bir həll olardı.


Problemlərini həll edə bilməyən partnyorlar; Qarşılıqlı müsbət hisslərin azalması, şiddətli mübahisələr, narazılıq və ünsiyyət itkisi kimi əlaqə problemləri yaşayırlar. Əgər cütlüklər bir-birlərini sevirlərsə və evliliklərini, münasibətlərini davam etdirmək üçün razılaşırlarsa, bu problemlərə həll yolları tapmaq üçün motivasiya olmaları çox vacibdir. Problemləri həll etmək mümkün olmayan evliliklərdə boşanma və ya ayrılıq bir seçim ola bilər; Amma başqa bir variant isə mövcud problemlərin həlli istiqamətində addımlar atmaq və bununla bağlı yardım almaqdır.

 

Psixoloq Sevil Bağırova
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!