Cinsi ikrah pozuntusunun əsas əlamətləri

Müəllif ( Firuzə Qənizadə ) - 20 Sep 2022 502 0 şərhlər
Cinsi ikrah pozuntusunun əsas əlamətləri

Cinsi əlaqələrə nifrət etmək və cinsi həzz almanın olmaması cinsi ikrah (iyrənmə) ilə özünü göstərir. Cinsi ikrah pozuntusunun əsas əlamətlərinə cinsi əlaqəyə həddindən artıq nifrət, cinsi əlaqədən yayınmaqdır. Bəzi insanlar, cinsi əlaqənin spesifik bir aspektindən, məsələn, sperma və ya vaginal ifrazatdan qorxurlar. Cinsi ikrah pozuntusunun ən əsas səbəbləri cinsi istismar, uşaqlıq və yeniyetməlikdə insest və ya homoseksual təcrübələr, psixi, fiziki və cinsi travmalar və bunlarla bağlı günahkarlıq hissləridir.

Bundan əlavə, dini təzyiqlər, qadağalar, cinsəlliklə bağlı sosial, əxlaqi və xurafatlara əsaslanan dəyər mühakimələri və ya bunların səhv qavranılması, seksuallıq haqqında yanlış, natamam məlumat və inanclar digər səbəblərdəndir. Travmatik cinsi təcrübə yaşamış qadın bu mənfi hisslərlə cinsəlliyi onun üzərində buraxdığı utanc, alçalma və ikrahın izlərini ümumiləşdirərək qavramağa başlayıb seksuallıqdan iyrənə bilər.

Bəzi qadınlarda dispareuniya (ağrılı cinsi əlaqə problemi) cinsi ikrah pozuntusuna səbəb ola bilər. Qadın cinsi əlaqə zamanı hiss etdiyi ağrı, narahatlıq və qorxu səbəbiylə seksuallığa və cinsi stimullara qarşı ikrah hiss etməyə başlaya bilər. Bəzən vaginizm cinsi ikrah pozuntusu ilə birlikdə rast gəlinə bilər. Cinsi iyrənmə, obsessiv kompulsiv pozuntu, təşviş və fobiya, post travmatik stress pozuntusu kimi bəzi psixi pozuntularla da birlikdə rast gəlinə bilər.

Cinsi ikrah pozuntusunun qadınlarda kişilərə nisbətən daha çox müəyyən edilir. Seksuallığı qızlıq pərdəsi və namus anlayışları ilə sıxışdırılan qadınların cinsi həyatdan həzz almasının ayıb, haram, günah olduğunu dərk etdikləri müəyyən edilir. Nəticədə günah, ayıb, alçaldılma hisslərini cinsəlliklə əlaqələndirən qadınlar cinsi əlaqəyə və ya seksuallığın hər hansı elementinə qarşı nifrət hiss edə bilərlər. Müalicəsi cinsi terapiya vasitəsilə aparılır.

 

Psixoloq Firuzə Qənizadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!