Valideynləriniz sizi "camaatın uşağı" ilə müqayisə edibmi?
Bəs siz uşağınızı bacısı/qardaşı və ya digər uşaqlarla müqayisə edirsiniz?
Bir çox valideynlər övladlarını digər uşaqlarla müqayisə edərək, onlarda rəqabət ruhu yaradaraq üstün olmağa həvəsləndirəcəyini düşünür. Ancaq uşağı digər uşaqlarla müqayisə etmək əks effekt verə bilər:
- Müqayisə edilən uşağın özünə inamını zədələyə bilər.
- Bacı-qardaş rəqabəti onlar arasında münasibətlərin pozulması ilə nəticələnər, müqayisə olunan uşaq valideynləri tərəfindən də güvənilmədiyini hiss edir və ailədən uzaqlaşır.
-İstedadlarını boğar: Uşaqlar qiymətləndirilməyəndə və daim başqaları ilə müqayisə edildikdə, onların istedadı inkişaf etməyəcək və nəticədə həm potensialımı, həm də istedadını itirəcəklər.
- Öz dəyərini azaldır: Uşaqların özünə inamı digər uşaqlarla müqayisə edildikdə təsirlənir. Əgər uşaq özünü "heç nəyə yaramır" hiss edirsə, bu, onların böyüdükdəki fəaliyyətini daha da pisləşdirə bilər.
- Özünə hörməti məhv edir: Uşaqlar yaxşı performans göstərə bilmədiklərinə inanmağa başlayır. Böyüdükcə də valideynlərinin və ya digər insanların gözləntilərini heç vaxt qarşılaya bilməyəcəklərini düşünürlər.
-Uşaqlıqda digərləri ilə müqayisə edilərək daim təriflənən insanlar da özünə dəyər verməyi ətrafdakıları əzərək əldə etməyi öyrənir və təriflənmək üçün bitməyən rəqabət hissi ilə yaşayır.
Valideyn tərəfindən bu münasibət sizə, özünüzü daim digərləri ilə müqayisə etməyi, özügüvənsiz olmağı, mükəmmələ çatmaq üçün özünüzü yormağı, başqalarının tərifi üçün həyatınızı formalaşdırmağı öyrətmiş ola bilər. Ancaq bunun fərqində olaraq özdəyərinizi anlamaq üçün ilkin addımı atmış olacaqsınız.
Tags: psixologiya merkezi psixologiya mərkəzi psixoloq firuzə qənizadə ailə psixoloqu Humel psixologiya mərkəzi humel psixologiya merkezi uşaq psixoloqu uşaq psixologiyası valideyin övlad münasibəti
Write a comment