Bipolyar affektiv pozuntu
Bipolyar pozuntu - əhval, enerji və fəaliyyətin (emosional vəziyyətin) həddən artıq yüksəlməsi (maniya) və enməsi (depressiya) şəklində təzahür edir. Yəni bipolyar pozuntu zamanı maniakal (hipomaniakal) və depressiv epizodların bir-birini təkrarlanması müşahidə olunur.
Maniakal epizod nədir?
Bu epizod zamanı şəxsdə ən az 1 həftə ərzində günün əksər hissəsi, demək olar ki, hər gün eyni vaxtda və daima aşağıdakı əlamətlər müşahidə olunur:
- İnsanın adi əhvalından əhəmiyyətli dərəcədə fərqlənən, eyforiya, qıcıqlanma ilə xarakterizə olunan həddən artıq yüksək əhval-ruhiyyədir.
- Fəaliyyətin artması və ya enerjinin yüksəlməsidir
- Çox danışmaq
- Fikir axını (fikirlər tez-tez bir-birini əvəz edir, bəzən onlar arasında məntiqi ardıcıllıq olmur).
- Yüksək özünəinam və ya özünüböyütmə fikirləri (hər şeyi bacara biləcəyini duşünmək).
- Yuxu ehtiyacının azalması (2-3 saatlıq yuxu kifayət edir).
- Diqqət yayınması
- İmpulsiv davranış
- Cinsi meyl, ünsiyyət və ya məqsədyönlü davranışların artması
Depressiv epizod nədir?
2 həftə müddətində əksər günlər ərzində ən azı 5 simptom müşahidə edilməlidir.
- Əhvalın enməsi
- əvvəllər xoşuna gələn fəaliyyətə maraq və ondan zövq almanın azalması, cinsi istəyin azalması
- Diqqətin cəmlənməsi və saxlanması qabiliyyətinin azalması, nəzərəçarpacaq dərəcədə qərarsızlıq
- Şəxsi yetərsizliyi fikirləri günahkarlıq hissi.
-Gələcəyə ümidsizlik hissi
- Ölüm haqqında təkrarlanan fikirlər
- yuxusuzluq və ya həddən artıq yuxululuq
- iştaha dəyişikliyi (azalma və ya artma)
Müalicə: Dərman qəbulu bipolyar pozuntunun uğurlu müalicəsinin əsasını təşkil edir. Yanaşı olaraq psixoterapiyanın əsas məqsədi maniakal və ya depressiv epizod zamanı davranışa nəzarətin təyin edilməsi və xəstəliklə bağlı neqativ nəticələrin aradan qaldırılması ilə əlaqəli strategiyaların qurulmasıdır.
Tags: Psixoloq Firuzə Qənizadə Humel psixologiya merkezi Humel psixologiya mərkəzi psixoloq bipolyar pozuntu bipolyar pozunutunun əlamətləri bipolyar pozuntunun müalicəsi manikal epizod manikal epizod nədir humel psixologiya mərkəzi cinsi problemlər cinsi narahatlıqlar
Write a comment