+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Ayrılıq təşvişi pozuntusu

By Firuzə Qənizadə - 12 Jul 2022 2123 0 comments
Ayrılıq təşvişi pozuntusu

 

Ayrılıq təşvişi pozuntusu bağlılığın mövcud olduğu insanlarla ayrılıq zamanı yaranan həddən artıq qorxu və təşvişlə xarakterizə olunur.
Uşaqlarda ayrılıq təşvişi adətən valideyn və ya digər ailə üzvü ilə bağlı; böyüklərdə adətən sevgili/həyat yoldaşı və ya uşaqla bağlı yaranır.
Ayrılıq təşvişi bağlılığın olduğu insana zərər və ya pis hadisə fikirləri, məktəbə və ya işə getmək istəyinin olmaması,  bağlılığın olduğu insan olmadan yatmaqdan imtina, mütəmadi olaraq ayrılıqla əlaqəli gecə kabusları şəklində təzahür edir.


Simptomlar ən azı bir neçə ay ərzində davam edir və şəxsi, ailə, sosial, təhsil, peşə və digər vacib fəaliyyət sahələrində nəzərəçarpacaq dərəcədə çətinlik və ya pozuntulara səbəb olacaq qədər ciddi olurlar.

Ayrılıq təşviş pozuntusunun əlamətləri:

  • Evdən və ya bağlandığı insanlardan ayrılanda, ayrılma ehtimalı olanda həddən artıq narahtlıq keçirmək
  • Evdən kənarda və ya bağlı olduğu insan olmadan yatmaq istəməmək və ya bundan qorxmaq
  • Bağlı olduğu insandan ayrıldıqda və ya ondan ayrılmaq ehtimalı olduqda fiziki simptomların olması (məs baş və mədə ağrıları, ürək bulanma)
  • Ayrılıq mövzulu qorxulu yuxular görmək


Ayrılıq təşvişi olan insanların əksəriyyəti narahatlıqlarını artıran səmərəsiz mübarizə üsullarından istifadə edir, məsələn, partnyorunu tez-tez yoxlamaq. Bu yanaşma narahatlıq səviyyəsini azaltmır və adətən münasibətlərin gərginləşməsinə gətirib çıxarır.

Ayrılıq təşvişinin müalicəsində müxtəlif terapiya metodlarından istifadə olunur.

 

Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!