+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Assosial yoxsa Şizoid?

By Sevil Bağırova - 30 Jan 2023 1197 0 comments
Assosial yoxsa Şizoid?


Şizoid şəxsiyyət pozuntusunun tarixi psixologiyanın əvvəlki dönəmlərinə qədər uzanmaqdadır. kəliməsini ilk dəfə istifadə edən tədqiqatçı Bleuler olmuşdur. O, şizoidləri içinə qapalı, şüphəcil, mübahisə etmək potensialları olmayan, soyuq münasibətləri ilə tanınan insanlar olaraq təsvir etmişdir.
Bu pozuntudan əziyyət çəkən insanlar sosyallaşmaqdan qaçaraq, daha çox yalnız qalmağı və həyatı planlamaq yerinə həyatın axışı ilə getməyi tərcih edərlər. Bütün duyğuları məhdud şəkildə yaşadıqları üçün ciddi fəlakətlər qarşısında belə çox passiv və sakit reaksiya verə bilərlər. Bu insanlarda cinsi anlamda hər hansısa bir fəaliyyət pozuntusu müşahidə edilməsə də çox zaman duyğusal və məsuliyyət tələb edən fiziki Şizoid təmaslardan qaçaraq daha səthi və qısa müddət sürən cinsi münasibətlər yaşayarlar. Bu səbəbdən evlilik kimi ciddi bir münasibətin parçası olmaq istəməzlər.


Şizoid şəxsiyyət pozuntusunun cəmiyyətə qatılımı da məhdud şəkildə olmaqdadır. Bu şəxslər ailə üzvləri də daxil olmaqla cəmiyyətin digər fərdləri ilə münasibət qurma istəyinə sahib deyillər. Həmçinin özləri ilə də münasibət qurulmasını sevməzlər. Duyğusal olaraq münasibət qura bilmədikləri üçün başqalarının problemlərinə qarşı da reaksiya verməzlər. Bu səbəbdən bu pozuntudan əziyyət çəkən insanlar digərləri tərəfindən soyuq, diqqətsiz, emosiyasız və ruhsuz olaraq adlandırılmaqdadırlar.


Şizoid şəxsiyyət pozuntusunun ümumi diaqnostik göstəricilərinə baxaq
1. Ailənin fərdi olmadığını düşünmək
2. Yaxın münasibətlərdən qaçmaq
3. Davamlı olaraq tək fəaliyyətə üstünlük vermək
4. Cinsi istəyin olmaması
5. Çox az fəaliyyətdən zövq almaq
6. Sadəcə məcbur olduqda birinci dərəcəli yaxınlar ilə əlaqə qurmaq
7. Başqalarının tərif və tənqidləri qarşısında reaksiyasız qalmaq


Uşaqlıq dönəmində şəxsiyyət tipləri irsi meyllərin və ətraf mühit faktorunun qarşılıqlı təsiri ilə formalaşır. Bu dönəmdə uşaqda dünya haqqındaki fikirlərinin formalaşmasında genetik faktorlardan daha çox ailənin uşağa münasibəti vasitəsilə mümkün olur. Bu pozuntunun etimologiyasına baxdıqda da yaranma səbəbləri olaraq irsi amillərdən daha çox ətraf mühitin təsiri faktoruna diqqət çəkilir. Ətraf mühit faktorunu daha geniş aspektdə dəyərləndirdiyimiz zaman; ailənin sosyal demoqrafik vəziyyətini, valideynlər ilə qurulan münasibətin formasını, uşağın bağlanma stillərini, valideynlərin və uşağın travma keçmişlərini gözdən keçirmək lazımdır. Bu mövzuda aparılan klinik araşdırmalarda valideynlərin, özəlliklə də ananın uşağı ilə soyuq, emosiyasız və sevgisiz davranmasının gələcəkdə bu şəxsiyyət pozuntusunun yaranmasında önəmli rol oynadığı müəyyən edilmişdir. Şizoid şəxsiyyət pozuntusunun müalicəsi isə bu sahədə peşəkar olan psixoterapevt tərəfindən aparılmaqdadır.

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!