+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Ana və uşaq münasibətləri

By Aytac Nağılı - 17 Jan 2023 1451 0 comments
 Ana və uşaq münasibətləri

Həyatımız bir sıra bağlardan ibarətdir. İlk əvvəl anaya, ana yoxdursa ananı edən şəxsə, ataya, ailəyə ən sonda həyata bağlanma kimi bağlanmalar mövcuddur. Bəzən ətrafdakı insanlardan həyatımda nəsə əksikdi, sanki bir boşluq var deyə ifadələr eşidirik. Niyəsini bilmədiyimiz bu ifadələrin səbəbi bağlana bilməməkdir. Bir çox psixoloji problemlərin, münasibətlərin kökündə bağlana bilməmək dayanır.

Bəs bağlanma nədir? Bağlanma duyğulardan ibarət təmas etmə halıdır. Gündəlik həyat şəraitində insanların əksəriyyəti qaça-qaç həyat tərzi ilə, zamanlarının çox hissəsini telefonla keçirdərək günlərini tamamlayırlar. Və əslində xoşbəxt olduqlarını, həyatdan zövq aldıqlarını ifadə edirlər. Bəs yaxşı görəsən həmin şəxslər heç olmasa otuz dəqiqə müddətində övladları ilə birlikdə kənar təsirlərə məruz qalamdan, özlərini məcbur hiss etmədən oyun oynaya bilirlər? Bir valideynin övladı ilə təmas edib oynaya bilməməsinin, verimli zaman keçirdə bilməməsinin əsas səbəbi körpəlik dövründə valideynin öz valideynləri ilə emosional bağlanmanı sağlam şəkildə tamamlaya bilməməsindən irəli gəlir. Əgər valideyn övladı ilə təmas edib oynaya bilmirsə deməli həyat yoldaşı ilə, dost münasibətlərində də təmas edə bilmir.

Bir insan təmas edə bildiyi qədər həyatdan zövq alır. Duyğular vasitəsilə təmas əksikliyi həyatımıza bu qədər təsir edir, bu təsir niyə baş verir? Ümumiyyətlə duyğular vasitəsilə təmas nədir? Hekayə körpəlik dövründə başlayır. Körpə doğulduğu andan əsasən iki yaşa qədər davam edən müddət uşağın duyğusal ehtiyaclarının ən çox olduğu dövrdür. Bu müddətdə ana və uşaq arasında emosional bağlanmanın qurulmasında ilk şərt fizioloji ehtiyacların ana tərəfindən ana yoxdursa əgər ananı əvəz edən şəxs tərəfindən vaxtında, sevgi ilə qarşılanmasıdır. Fizioloji ehtiyaclar- uşağın qida, yuxu kimi digər baxım tələb edən ehtiyaclarının qarşılanmasıdır. Daha sonra ən əsas fizioloji ehtiyac toxunma ehtiyacıdır. Bir yetişkinin belə ən əsas ehtiyacı toxunulma, təmas etmədirsə körpəlik dönəmində bu ehtiyac ən yüksək səviyyədə olur. İkinci əsas şərtlərdən biri duyğusal, emosional ehtiyacların qarşılanmasıdır.

Duyğusal ehtiyac körpənin ana ilə, ana yoxdursa əgər ananı əvəz edən şəxs ilə göz-gözə gəldiyi zaman hiss etdiyi rahatlanma halıdır. Duyğusal ehtiyac ruhi təmasla həyata keçir. Ruhi təması həyata yerinə yetirən gözlərdir. Uşağın göz təması ilə axtardığı şey duyğusal ehtiyaclardır. Gündəlik həyatda valideynlər telefondan duyğusal ehtiyaclarını qarşılaqdıqları üçün uşaqlar ünsiyyətsiz qalırlar və emosional ehtiyaclarını qarşılaya bilmirlər. Valideyn-övlad, həyat yoldaşı münasibətlərində son zamanlar ən aktual problemlərdən biri də ünsiyyət problemidir. Ünsiyyət probleminin artmasının əsas səbəbi insanların zamanlarının əksər hissəsini telefonla keçirtməsidir. Uşağın fizioloji və emosional ehtiyaclarının qeyd-şəsrtsiz vaxtında və qədərində yerinə yetirilməsi uşağın özünü anasına təslim etməsi deməkdir. İdeal ana, ideal valideyn, ideal münasibət olmadığı kimi ideal emisonal bağlanma da yoxdur. Emosional bağlanmada yaranan boşluqları, problemləri yenidən bağlanma vasitəsilə müəyyən qədər yoluna qoymaq mümkündür.

 

Psixoloq Aytac Nağılı

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!