+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

By Humel - 17 May 2022 411 0 comments
Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında "Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsinə başlanacaq.

Nazirlikdənr mətbuata verilən məlumata görə, layihə üzrə Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək. Bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri ilə təmin ediləcək.

Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq.

 

Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!