+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda aqressiyanın səbəbləri

By Humel - 28 Apr 2022 1967 0 comments
Uşaqlarda aqressiyanın səbəbləri

Psixoloq Ülkər Bağırzadə uşaqlarda aqressiydan danışdı.  

Uşaqlar özlərinə qarşi yetəri qədər diqqət görmədikdə , gözlədiyi sevgiyə nail ola bilmədikdə aqresiv davranişlar sərgiləyərək diqqətləri öz üstlərinə çəkməyə çalışırlar , çünki diqqət çəkməyin başqa yolunu bilmirlər . Buna görədə valideynlər uşaqların hisləri və yaşadiqlari barədə onlarla danişmali , onlari dinləməyi bacarmalidir


Ailə üzvlərinin bir birinə və uşaqlara olan münasibəti birbaşa uşaqlarin davranışına təsir göstərir . Əgər valideynlər uşaqlara normal davranıb bir birilərinə qarşı aqresiv davranışlar göstərsələr belə bu da uşaqlarda aqresiyaya yol aça bilər , çünki uşağın ilk rol modeli ailə üzvləridir, valideynlərinin nece davrandığını görürsə oda elə davranmağa başlayır. Bu səbəblə valideyn öz mənfi emosiyalarını idarə etməyi bacarmalidir, valideynin nümunəvi davranışı uşağinda adekvat davranmağina səbəb olur.
Cizgi filmlərin usaqlara müsbət təsiri olduğu kimi bəzi mənfi təsirləridə vardir.Zorakılığı təsvir edən , aqresiya və kobudluğu normal kimi qələmə verən cizgi filmlər mövcuddur . Cizgi filmlərdə zorakılığın nəticələri göstərilmir buna görə uşaqlar heç kimə zərər verməyəcəyini düşünərək, izlədiyi səhnələrdəki aqresiv ,zoraki davranişları sərgiləyə bilərlər. Buna görədə valideyn uşağın nə izlədiyinə , oynadığına nəzarət etməli , uşağın yaşına uyğun , öyrədici cizgi filmlər seçməlidir
Digər bir məsələ hər istədiyini istədiyi anda əldə etməyə alışdırılmış uşaqlardır. Ailədə uşağın hər istədiyi edildikdə , yox , olmaz deyilmədikdə , sərhədlər qoyulmadıqda bu zaman uşaqlar istədiyi birşeyi nə zamansa əldə edə bilmədikdə aqresiv davranışlara əl ataraq ona nail olmağa çalışırlar. Bu səbəbdən ailədə müəyyən qayda qanunlar , sərhədlər olmalıdır ,bunlar düzgün şəkildə uşaqlara izah edilməlidir və ən önəmlisi valideynlər bunlarla bağlı tutarlı davranış sərgiləməlidir.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!