+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda altını islatma- (Enurez)

By Humel - 6 May 2022 1148 0 comments
Uşaqlarda altını islatma- (Enurez)

Uşaqlarda altını islatma - (Enurez)

Enurez uşaqlarda yataq islatma,altını islatma olaraq bilinən problemdir. Enurez 5 yaşdan yuxarı uşaqlarda görülən, ən az 3 ay müddətə davam edən, həftədə 1-2 dəfədən çox baş verən sidik qaçırmadır. Bu problem dünya üzərində milyonlarla uşağın yaşadığı bir sağlamlıq problemidir. Sidik ifrazına nəzarət sidik kisəsi əzələlərinin və sinirlərinin inkişafı ilə əlaqəlidir. 2 yaşına qədər gündüzlər, 4 yaşına qədər gecələr uşaqlar sidik ifrazına nəzarəti, kontrol etməyi öyrənirlər. Bu səbəbdən 5 yaşından aşağı uşaqlarda belə hallar tam olaraq bir xəstəlik kimi qəbul edilməməkdədir.Uşaqların 2 yaşına qədər gündüzləri, 4 yaşına qədər gecələri altını islatması tam bir problem hesab edilə bilməz.

Enurezin yaranmasında bir çox faktorlar rol oynayır. Ilk öncə hər hansı fizioloji problemdən qaynaqlanıb qaynaqlanmadığını müəyyən etmək lazımdır. Ona görə məsləhətdirki ilk öncə uşaq nevroloq və uroloq yoxlanışından keçsin. Əgər bu yoxlanışlardan sonra heç bir problem olmadığı halda hələdə uşaq altını isladırsa demək ki, problem psixoloji səbəbdən qaynaqlayır. Enurezin psixoloji səbəbləri müxtəlifdir. Burda bır sıra faktorlar rol oynayır. Valideynların uşağa olan münasibəti və bir birilə olan münasibəti, evdəki mühit,valideynlərin boanması, uşağa tualet tərbiyəsinin hansı yollarla və nə zaman öyrədildiyi, uşağın yaşadığı mühiti dəyişməsi, valideynlərdən ayrı qalmaq və.s kimi amillər enurezin yaranmasına gətirib çıxara bilir. Hərşeydən öncə əgər uşağın yaşadığı evdə avtoritar rejim hökm sürürsə, cəzalandırmadan çox istifadə olunursa, uşağa heç bir söz haqqı verilmədən, dəyərsizlik hissi aşılanırsa, evdə heç bir məntiqi əsası olmayan qatı qayda qanunlar varsa bu zaman uşaq daim narahatlıq ,gərginlik içində olacaq, psixoloji təzyiqə məruz qalacaqdır. Bu kimi hallarda uşaqlarda enurezin yaranma ehtimalı çox yüksəkdir. digər yandan hədsiz qoruyucu valideyn stili ilə böyüyən uşaqlarda da bu kimi hallara rast gəlinə bilir. belə ki bu valideynlər aşırı dərəcədə uşaqlara qarşı qoruyucu davranışlar sərgiləyirlə, hərşeyi uşaqların yerinə özləri edirlər. Və beləliklə uşaqların özlərini kəşf etməsinə, öz bacarıqlarını inkişaf etdirməsinə imkan vermirlər və uşaqlarda geriləmə davranışları ortaya çıxa bilir.

Enurez travmaya bağlı olaraq da yarana bilir. ailədən birinin itkisi, uşaqda güclü qorxu, həyəcan ayradacaq hər hansı bir hadisə, təbii fəlakətlərə məruz qalması, evdə davamlı olaraq davralara, təhqirlərə, şiddətə məruz qalması da enurezi yaradan səbəblər içərisindədir.

Enurezə səbəb olan digər bir faktor genetik faktordur. Aparılan araşdırmalar göstərir ki, enurez olan uşaqların 75%- nin valideynlərindən birində vaxtilə enurez görülmüşdür.

Enurez problemi yaşayan uşaqların valideynlərinin onlara yanaşması çox önəmlidir. Valideynləri uşağa nə qədər anlayışla, empatiya ilə yanaşarsa bu problemin aradan qalxmasına bir o qədər yardımçı olmuş olarlar. əks halda bəzən valideynlər bu kimi hallarda uşaqlara aqresiya ilə yanaşıb, alçaldıcı, təhqiramiz ifadələr işlədə bilirlər.Bu zaman uşaqların özgüvənləri, özünə olan inamları aşağı düşür.  “Bezdim artır; Qəsdən edirsən?; Utanmırsan, böyük uşaqsan hələdə altını isladırsan”kimi ifadələr eşitdikdə uşaq özünə olan hörmətini, dəyərini itirir. Buna görə ilk öncə valideynlərin uşaqlara qarşı tutumu düzgün olmalı və tez bir zamanda bir mütəxəssisə müraciət edilməlidir.

Enurez uşaqlarda yataq islatma,altını islatma olaraq bilinən problemdir. Enurez 5 yaşdan yuxarı uşaqlarda görülən, ən az 3 ay müddətə davam edən, həftədə 1-2 dəfədən çox baş verən sidik qaçırmadır. Bu problem dünya üzərində milyonlarla uşağın yaşadığı bir sağlamlıq problemidir. Sidik ifrazına nəzarət sidik kisəsi əzələlərinin və sinirlərinin inkişafı ilə əlaqəlidir. 2 yaşına qədər gündüzlər, 4 yaşına qədər gecələr uşaqlar sidik ifrazına nəzarəti, kontrol etməyi öyrənirlər. Bu səbəbdən 5 yaşından aşağı uşaqlarda belə hallar tam olaraq bir xəstəlik kimi qəbul edilməməkdədir.Uşaqların 2 yaşına qədər gündüzləri, 4 yaşına qədər gecələri altını islatması tam bir problem hesab edilə bilməz.

Enurezin yaranmasında bir çox faktorlar rol oynayır. Ilk öncə hər hansı fizioloji problemdən qaynaqlanıb qaynaqlanmadığını müəyyən etmək lazımdır. Ona görə məsləhətdirki ilk öncə uşaq nevroloq və uroloq yoxlanışından keçsin. Əgər bu yoxlanışlardan sonra heç bir problem olmadığı halda hələdə uşaq altını isladırsa demek ki, problem psixoloji səbəbdən qaynaqlayır. Enurezin psixoloji səbəbləri müxtəlifdir. Burda bır sıra faktorlar rol oynayır. Valideynların uşağa olan münasibəti və bir birilə olan münasibəti, evdəki mühit,valideynlərin boanması, uşağa tualet tərbiyəsinin hansı yollarla və nə zaman öyrədildiyi, uşağın yaşadığı mühiti dəyişməsi, valideynlərdən ayrı qalmaq və.s kimi amillər enurezin yaranmasına gətirib çıxara bilir. Hərşeydən öncə əgər uşağın yaşadığı evdə avtoritar rejim hökm sürürsə, cəzalandırmadan çox istifadə olunursa, uşağa heç bir söz haqqı verilmədən, dəyərsizlik hissi aşılanırsa, evdə heç bir məntiqi əsası olmayan qatı qayda qanunlar varsa bu zaman uşaq daim narahatlıq ,gərginlik içində olacaq, psixoloji təzyiqə məruz qalacaqdır. Bu kimi hallarda uşaqlarda enurezin yaranma ehtimalı çox yüksəkdir. digər yandan hədsiz qoruyucu valideyn stili ilə böyüyən uşaqlarda da bu kimi hallara rast gəlinə bilir. belə ki bu valideynlər aşırı dərəcədə uşaqlara qarşı qoruyucu davranışlar sərgiləyirlə, hərşeyi uşaqların yerinə özləri edirlər. Və beləliklə uşaqların özlərini kəşf etməsinə, öz bacarıqlarını inkişaf etdirməsinə imkan vermirlər və uşaqlarda geriləmə davranışları ortaya çıxa bilir.

Enurez travmaya bağlı olaraq da yarana bilir. ailədən birinin itkisi, uşaqda güclü qorxu, həyəcan ayradacaq hər hansı bir hadisə, təbii fəlakətlərə məruz qalması, evdə davamlı olaraq davralara, təhqirlərə, şiddətə məruz qalması da enurezi yaradan səbəblər içərisindədir.

Enurezə səbəb olan digər bir faktor genetik faktordur. Aparılan araşdırmalar göstərir ki, enurez olan uşaqların 75%- nin valideynlərindən birində vaxtilə enurez görülmüşdür.

Enurez problemi yaşayan uşaqların valideynlərinin onlara yanaşması çox önəmlidir. Valideynləri uşağa nə qədər anlayışla, empatiya ilə yanaşarsa bu problemin aradan qalxmasına bir o qədər yardımçı olmuş olarlar. əks halda bəzən valideynlər bu kimi hallarda uşaqlara aqresiya ilə yanaşıb, alçaldıcı, təhqiramiz ifadələr işlədə bilirlər.Bu zaman uşaqların özgüvənləri, özünə olan inamları aşağı düşür.  “Bezdim artır; Qəsdən edirsən?; Utanmırsan, böyük uşaqsan hələdə altını isladırsan”kimi ifadələr eşitdikdə uşaq özünə olan hörmətini, dəyərini itirir. Buna görə ilk öncə valideynlərin uşaqlara qarşı tutumu düzgün olmalı və tez bir zamanda bir mütəxəssisə müraciət edilməlidir.

 

Psixoloq Ülkər Bağırzadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!