Narsisistik şəxsiyyət pozuntusu

Müəllif ( Firuzə Qənizadə ) - 31 May 2022 577 0 şərhlər
Narsisistik şəxsiyyət pozuntusu

Narsisistik şəxsiyyət pozuntusu empatiyanın olmaması, eqosentrizm və şişirdilmiş özünə əhəmiyyat vermə hissi ilə xarakterizə olunur.

Yeniyetməlik və gənclik dövründə ortaya çıxan narsisistik şəxsiyyət pozuntusu insanın təkcə öz həyatına deyil, həm də münasibətdə olduğu insanların həyatına mənfi təsir göstərə bilər.

Narsisistik şəxsiyyət pozuntusunun əlamətləri:

  • Özünü mühüm şəxsiyyət kimi görür
  • Uğurlarını və bacarıqlarını şişirdir
  • Davamlı olaraq əbədi uğur, güc, gözəllik, zəka və qüsursuz sevgi ilə maraqlanır
  • Xüsusi və unikal bir insan olduğuna və ancaq xüsusi və ya üstün digər insanlarla razılığına gələ biləcəyinə, münasibət qura biləcəyinə inanır
  • Həmişə bəyənilmək istəyirlər
  • Nə istəyirsə əldə edəcəyi ilə əlaqəli gözləntiləri var
  • Başqa insanların duyğularını və ehtiyaclarını anlamaq istəmirlər, empatiya qurmurlar
  • Başqalarına həsəd aparırlar və ya başqalarının onu qısqandığını düşünürlər
  • Öz mənafeyləri üçün başqalarından istifadə edilər
  • Təkəbbürlü davranırlar 


Narsisistik şəxsiyyət pozuntusu qadınlardan daha çox kişilərdə müşahidə olunur və əsasən yeniyetməlikdə və ya gənclikdə başlayır. Unutmayın ki, bəzi uşaqlarda narsisizm əlamətləri görünsə də, bu, sadəcə olaraq onların yaşlarına xas ola bilər və onların narsistik şəxsiyyət pozuntusuna sahib olacaqları demək deyil.

Narsisistik şəxsiyyət pozuntusunun səbəbi tam olaraq qeyd edilməsə də, bioloji cəhətdən həssas uşaqlarda həddindən artıq qoruyucu və ya laqeyd valideynlik üslublarının təsir göstərdiyini qeyd etmək olar.



Psixoloq Firuzə Qənizadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!