931 0 comments
“Son aparılan yoxlamalardan daun sindromu diaqnozu ilə əlillik təyin olunan 100-dən çox uşağın sağlam olduğu üzə çıxarılıb”.
APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.
O bildirib ki, həmin uşaqların saxta əlilliyinin ləvği ilə bağlı qərar qəbul edilib.
Write a comment