30 yaş sindromu nədir?
Kişi və qadınlarda 30 yaşından etibarən başlayan bir psixoloji problemdir. Kişi və qadınların hər ikisində bu sindrom mənfi və sıxıntılı günlər yaşamasına səbəb olur. Otuz yaş sindromu yaşayan şəxslərdə olduğu mövqeni bəyənməmək, həyatda bir çox şeyi bacara bilmədiyini düşünmək və uğursuzluq yaşamaqla bağlı narahatlığın olması özünü göstərir. Doğru qərar qəbul edib etmədiyi, necə həyat yaşadığını, bu yaşa qədər nələr etdiyini, hansı məqsdələrinə çatdığını, bu yaşdan sonra hansı həyatı yaşamaq istədiyini və gələcək həyatında istəklərini ala biləcəyi haqqında düşünməyə başlayır. Bu düşüncələr ailə və iş həyatı qaydasında olan insanlarda nadir hallarda görünür. Həyatında müəyyən nizama sahib olan insanlar, vaxtında ailə və iş həyatını tənzimləyən insanlarda narahatlıq az müşahidə olunur. Həyat şəraitləri nizamda olan insanlarda “Başqa işdə daha uğurlu olardım”, ”Başqa qadınla(kişilə) evlənmiş olsam həyatım necə olardı?” və s.kimi düşüncələr olmur.
Yaranma səbəbləri müxtəlifdir:
- yaşadıqları problemlər
- həyat qayğıları
- depressiya, təşviş pozuntusu
- uğursuzluq (sevgi və iş həyatında) hər biri sindromun yaranmasına gətirib çıxardır
İzdihamlı şəhərlərdə yaşayan insanlarda sıx rast gəlinən problemdir. Bu tip şəhərlərdə yaşayan insanlar çox zaman özünü sorğulamağa başlayırlar. 30 yaş sindromu yaşan insanlardın həyatında nizam formalaşmamışdır. Belə halda ailə və sosial çevrənin gözləntiləri artmaqdadır. Evlidirsə və xüsusən qadındırsa övlad sahibi olmaq üçün tələsməli olduğu düşünürlər. Cəmiyyətin və ailənin gözləntiləri sizə istər-istəməz təsir edi, özünüzü təzyiq altında hiss edirsiniz.
Qadınlarda öz görünüşünü bəyənməmək,vizual olaraq dəyişikliyə ehtiyac hissi yaranır. Kişilərdə isə iş həyatının qaydaya salmaq zəruri olur. İş həyatının nizamda olmaması ailə həyatına birbaşa təsir edir. Ailə qurmağa qarşı istəksizlik özünü göstərir. Əgər mövcud ailə varsa bu zaman ailə-daxili konfliktlərin həllində problemlər yaranır. Bir çox boşanmalar bu yaşlarda yaşanması təsadüfi deyildir.
30 yaş sindromunun aradan qalxması üçün konsultasiya alınması vacibdir .Yaşanan problemin aradan qalxması mümkündür.
Tags: Psixoloq Aytəkin Məmmədova 30 yaş sindromu psixoloji problemlər humel psixologiya merkezi psixologiya merkezi
Write a comment