+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Humel Psixologiya Mərkəzinin Könüllülük Proqramı uğurla başa çatdı.

By Humel - 3 Jul 2026 25 0 comments
 Humel Psixologiya Mərkəzinin Könüllülük Proqramı uğurla başa çatdı.

 

Gələcəyin psixoloqlarının peşəkar inkişafına töhfə vermək, onları real psixoloji fəaliyyət mühitinə hazırlamaq və peşəkar psixoloq olma yolunda dəstək olmaq məqsədilə həyata keçirdiyimiz 2 aylıq (32 saatlıq) Könüllülük Proqramımız uğurla yekunlaşdı.

Proqram müddətində iştirakçılar üçün psixologiyanın müxtəlif istiqamətlərini əhatə edən peşəkar təlimlər, inkişaf sessiyaları və praktik məşğələlər təşkil olundu. Bu proses çərçivəsində könüllülər yalnız psixoloq peşəsinin əsas konsepsiyalarını mənimsəməklə kifayətlənməyərək, real iş mühitində tələb olunan peşəkar yanaşmaları, klinik düşüncə tərzini, kommunikasiya bacarıqlarını və praktik tətbiq imkanlarını inkişaf etdirmək fürsəti qazandılar.

Proqram çərçivəsində 30-a yaxın 2-ci və 3- cü kurs psixologiya tələbəsi iştirak edərək peşəkar inkişaf yolunda mühüm təcrübələr əldə etdi.

Könüllülərimiz proqram müddətində:

▫️ Psixoloqun peşəkar rolu, məsuliyyətləri və fəaliyyət prinsipləri
▫️ Psixoloji konsultasiya prosesinin əsas mərhələləri və konsultasiya bacarıqları
▫️ Pasiyentlərlə effektiv kommunikasiya, güvən münasibətinin qurulması və peşəkar yanaşma
▫️ Aktiv dinləmə, empatiya və müşahidə bacarıqlarının inkişafı
▫️ Psixoloji qiymətləndirməyə giriş və klinik düşüncə yanaşmasının formalaşdırılması
▫️ Müxtəlif psixoloji yanaşmalar, terapiya istiqamətləri və onların praktik tətbiqi
▫️ Davranış və emosional proseslərin anlaşılması üçün əsas yanaşmalar
▫️ Psixoloji seans zamanı düzgün sualvermə və müşahidə texnikaları
▫️ Real iş mühitində psixoloqun fəaliyyət prinsipləri və praktik yanaşmalar
▫️ Peşə etikası, məxfilik prinsipləri və peşəkar sərhədlərin qorunması
▫️ Özünüinkişaf, superviziya mədəniyyəti və davamlı peşəkar inkişaf istiqamətləri
▫️ Psixoloq kimi şəxsi və peşəkar brendin formalaşdırılması və s.

üzrə biliklərini genişləndirərək, praktik bacarıqlar və peşəkar təcrübə əldə etdilər.

İnanırıq ki, peşəkar psixoloq olmaq yalnız metod və texnikaları öyrənməkdən ibarət deyil. Güclü mütəxəssis olmaq üçün insanı dərindən anlama bacarığı, empatik yanaşma, analitik düşüncə, etik dəyərlər, məsuliyyət və davamlı inkişaf prinsipi mühüm rol oynayır.

Humel Psixologiya Mərkəzi olaraq əsas missiyalarımızdan biri psixologiya sahəsində inkişaf etmək və psixoloq olmaq istəyən gənclərə düzgün istiqamət vermək, onların nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək və gələcəyin psixoloqlarının daha hazırlıqlı, özünəinamlı və peşəkar şəkildə formalaşmasına dəstək olmaqdır.

İnanırıq ki, hər bir güclü mütəxəssisin inkişaf yolunda doğru mühit, keyfiyyətli təcrübə və peşəkar dəstək mühüm rol oynayır. Bu dəyərli inkişaf yolunda könüllülərimizlə birlikdə olmaq və onların peşəkar formalaşmasına töhfə vermək bizim üçün böyük məmnuniyyətdir. 

Gələcəyin psixoloqlarına peşəkar fəaliyyətlərində uğurlar, davamlı inkişaf və uğurlu karyera yolu arzulayırıq!

Ətraflı məlumat və qeydiyyat üçün:

???? +994 55 300 34 32

???? info@humel.az

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!