
Kompleks post travmatik stress pozuntusu (Kompleks PTSP) xilas olmağın çətin və ya mümkünsüz olduğu həddən artıq təhlükəli və ya dəhşətli hadisə və ya hadisələr silsiləsinin (məsələn, işgəncə, qul edilmə, soyqırım, ailədə davamlı zorakılıq, uşaq yaşlarında çoxsaylı fiziki və ya cinsi zorakılıq) təsirindən sonra yaranır.
Əlamətləri:
- Xroniki intihar fikri
- Özünə zərər yeritmə
- Aqressiya
- Travmatik hadisəni unutmaq ya da ağlından çıxara bilməmək
- Depersonalizasiya/ derealizasiya
- Travmatik hadisəni fikrǝn yenidən yaşamaq
- Ümidsizlik, günahkarlıq, utanc hissi
- Zərərverəni ideallaşdırmaq və ya zərərverəndən qisas alma obsessiyaları
- Travmatik hadisəni rasionallaşdırmaq
- Özünü təcrid, insanlara qarşı güvənsizlik, anlaşılmayacağı inancı
Müalicəsi: psixoterapiyada travmatik hadisə ilə bağlı yaranan emosional, koqnitiv və davranış nəticələri ilə işlənilir və şəxsdə təşviş yaradan obyektlə üzləşməyə kömək edərək hadisə neytrallaşdırılır.
Psixoloq Firuzə Qənizadə
Tags: Psixoloq Firuzə Qənizadə Psixoloq baki humel psixologiya merkezi humel psixologiya mərkəzi kompleks post travmatik stress pozuntusu post travmatik stress pozuntusu stress psixologiya mərkəzi psixologiya merkezi
Write a comment