İtki və yasın beş mərhələsi

Müəllif ( Firuzə Qənizadə ) - 6 Oct 2022 240 0 şərhlər
 İtki və yasın beş mərhələsi

İtki və yas dedikdə yaxın bir insanın ölümü, ayrılıq, boşanma, ev heyvanının ölümü, sevilən əşyanı itirmək, ağır xəstəlik xəbəri almaq nəzərdə tutulur. Bütün hallarda biz müəyyən bir yas prossesindən keçirik. Bu yas prossesi 5 mərhələdən ibarətdir. Ardıcıllıq bəzən fərqlənsə də, şəxs əsasən inkar, qəzəb, sövdələşmə, depressiya və qəbul etmə mərhələlərindən keçir. Bu mərhəhələrin davam etmə müddəti insandan insana fərqlənir və həftələr, aylar ərzində davam edə bilər. 6 aydan uzun müddət yas prossesi davam edirsə psixoloji dəstək alınmalıdır.

1. İnkar
Yas prosesinin ilk mərhələsində inkar bizə itki ilə bağlı güclü ağrıları minimuma endirməyə kömək edir. İtkimizin reallığı inkar edən zaman, emosional ağrıdan uzaqlaşmağa çalışırıq.
“Ola bilməz!”

2. Qəzəb
Yas prossesinin ikinci mərhələsi qəzəbdir. Yeni reallığa uyğunlaşmağa çalışan zaman həddindən artıq emosional narahatlıq yaşanılır. Qəzəb insana emosional olaraq çıxış imkanı verirmiş kimi hiss etdirə bilər. Qəzəb həm insanın özünə, həm ətrafına, həm də itirdiyi insana yönələ bilir.
“Niyə mən?!”

3. Sövdələşmə
Yas prossesinin üçüncü mərhələsində ağrıları azaltmaq üçün hər şeyi etməyə hazırlaşmaq qədər çarəsiz hiss etmək qeyri-adi deyil. Hiss edilən ağrıdan qurtulmaq müqabilində bir şey etməyə razılaşaraq vəziyyəti dəyişdirməyə çalışmaq istəyi olur. Sövdələşmə çarəsizlik hissindən qaynaqlanır və bizə nəzarətdən kənarda qalan bir şey üzərində nəzarət hissi verir. Sövdələşmə zamanı biz öz şəxsi səhvlərimizə və ya təəssüflərimizə diqqət yetirməyə meylli oluruq.
“Əgər o qayıtsa, söz verirəm hər şey daha yaxşı olacaq”

4. Depressiya
Yas prossesinin dördüncü mərhələsində yavaş-yavaş indiki vəziyyətimizin reallığına baxmağa başlayırıq. Sövdələşmə artıq bir seçim kimi görünmür və baş verənlərlə üzləşirik və sevilən birinin itkisi daha çox hiss olunmağa başlayır.
Həmin anlarda kədər artdıqca insan daxilə qapanmağa meylli olur. Özünü təcrid edərək daha az ünsiyyət qurur və əvvəlki kimi zövq almır. Bu, yas prosesində çox təbii bir mərhələ olsa da, sevilən bir insanı itirdikdən sonra depressiya ilə mübarizə önəmlidir.
“Heçnə əvvəlki kimi olmayacaq”

5. Qəbul etmə
Yasın 5 mərhələsinin sonuncusu qəbuldur. Qəbul etmə mərhələsində artıq kədər olmur demək olmaz. Bunun əvəzinə, artıq vəziyyətin reallığına müqavimət göstərilmir və onu fərqli bir şəkildə dəyişdirməyə çalışılmır. Kədər və təəssüf hissi hələ də bu mərhələdə ola bilər. Ancaq inkar, sövdələşmə və qəzəb kimi emosional mübarizə taktikalarının yas prosesinin bu mərhələsində mövcud olma ehtimalı azdır.

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!