Günahkarlıq duyğusu

Müəllif ( Humel ) - 1 Aug 2022 410 0 şərhlər
Günahkarlıq duyğusu

Qəbullana bilmədiyiniz günahkarlıq hissi sizi həyatın zövqlərindən ayıra bilər. Yaşadığınız günahkarlığın mütləq sizə qazandırdığı bir təcrübə vardır. Günahkarlıq hissilə necə bacara bilərik?


1.Günahkarlıq hissi insanın doğru düşünə bilməsinə maneə olur. Hadisəyə ətraflı baxmaq və onu təhlil etməkdə çətinlik yaradır. Bunun üçün düşüncələrin yenidən analiz olunması vacibdir. Günahkarlıq hissi yaşayan insan "etməməliydim", "bilməliydim"kimi şişirdilmiş düşüncələrdə olur. Şəxsin özünümühakimə etməsi yüksək olduğu üçün ,doğru dəyərləndirmə mümkün deyil. Bunun üçündə özünümühakimə etdiyi məqamlara nəzər yetirməlidir və bunların nə qədər ədalətli mühakimə olduğuna baxmalıdır. Düşüncələrlə bacara bilmirsə mütəxəssisə müraciət etməsi vacibdir.


2. Mükəmməliyyətçi olmamaq vacibdir. Davranışlarınızın ideal olmalı olduğunu düşünməmək faydalı olacaqdır. Hər kəs kimi sizdə səhv edə bilərsiniz. Şablon amma doğru olan bir cümlə həyatımızda öz əksini tapır: Səhvsiz insan yoxdur.


3.Yaşadığınız hadisəni olduğu kimi qəbul edin. Siz özünüzü günahlandırmaqla hadisə dəyişməyəcəkdir. Sevmədiyimiz hadisəni yaşamaq və ya yol açmaq sizin pis ,dəyərsiz insan olduğunuza vəsilə olmur. İnsan mənfi və müsbətilə insandır. Həyatın özündə mənfi və müsbətlər varsa,daima səhvsiz olmaq üçün mübarizə aparmaq sizə stress, mənfi düşüncə, həyatdan zövq almamağı qazandıracaqdır. Yaradılışla savaşan itirməyə məhkumdur..

Psixoloq Aytəkin Məmmədova

 

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!