Klinik Psixologiya

DOĞUŞDAN SONRAKI PSİXOZ

Doğuşdan sonrakı psixoz -qadının doğuşdan sonraki ilk günlərində və ya doğuşdan sonrakı periodun ilk 2-4 heftəsində yaranır.Müasir diaqnostika üsullları ilə aparilan psixoloji müayinələrdən sonra qisa muddət ərzində pasientdə sağalma eldə etmək olur.Lakin vaxtında diaqnostika edilmədikdə reabilitasiya aylarla uzana bilər.DSP-u keçirən xanımlar öz halını normal qəbul edir ve psixoloqdan imtina edirlər.

MANIYA NƏDİR?

Təəssürat sferasının pozuntusu olan maniya nə deməkdir?

Normal vəziyyətindən fərqli olan həddindən çox enerjili olma,həyatdan zövq almaq,əhval-ruhiyyənin həddindən çox yüksək olması kimi özünü göstərir.Şəxs daima hərəkətli olur ,əylənir,gülür ,rəqs edir,bunun qarşısı alınsa qəzəblənir. Bu zaman həddindən çox cinsi istəyin artması,çox pul xərcləmək,yüksək səslə musiqiyə qulaq asmaq ,içki qəbul etmək,narkotik maddələrdən istifadə etmək kimi hallarda özünü göstərir.

AUTİZM

AUTİZM Geniş Yayılmış İnkişaf Pozuntularına aiddir.Autizm yaşamın erkən dövrlərində başlayan və yaşam boyu davam edən ,sosial bacarıqlar,ünsiyyət,davranış və psixoloji inkişafda geriləmə və dayanma olan neyropsixoloji bir pozuntudur.

Psixopatiya

Psixopatiya-yalan danışmaq,başqalarından istifadə etmək,məsuliyyətsizlik,təsadüfi və aktiv cinsi əlaqə,empatiya ,peşmanlıq,günahkarlıq hissinin olmamasıdır.Bu tip insanlar cəmiyyətdə normal görünmə qabiliyyətinə malikdirlər.Cəmiyyətdə daha çox mehriban,xoş xarakterli,hər kəs tərəfindən sevilən olurlar.Yetəri qədər yaxınlıq yoxdursa psixopat olduğunu anlamaq mümkün deyildir.Onlar daha çox ziyanı üzərində hökm edə bildiyi insanlara verirlər.

Qaranlıq fobiyası

(Nyctophobia)

Ümumiləşdirsək, fobiya əslində qorxulu olmayan əşya və ya hadisədən aşırı qorxmaqdır. Fobiya bir çox insanın yaşadığı problemdir ki, həqiqətən də bu bir çox məqamda insan həyatına mane olur.

Panik Atak

Panik atak nədir? Qəflətən başlayan və sürətlə şiddətlənən, bir çox hallarda artan təhlükə hissi və ya hər an nə isə olacağı düşüncəsi ilə birgə yaşanan tutmaya bənzər haldır. Xaricdən gələn qıcıqlandırıcıların "Təhlükə” olaraq anlaşılması Panik Atak-ın yaranmasına başlanğıc verir. Bu zaman şəxs təhlükə olaraq dərk etdiyi qıcıqlardan ya qaçıb uzaqlaşmalı, ya da qalıb onlarla mübarizə aparmalıdır. Əgər onlardan uzaqlaşa bilməzsə və ya mövcud qıcıqların mənbəyini tapıb, onları aradan qaldıra bilməsə, bu zaman ciddi çətinliklərlə üzləşər.

Post-travmatik stress pozuntusu

Post-travmatik stress pozuntusu – qorxu, yüksək hiss və həyəcanla paralel olaraq yaşanan travmatik hadisələrdən sonra yaranır. PTSP şəxsin gündəlik həyatına və iş fəaliyyətinə ciddi şəkildə təsir edir. Aşağıdakı hallar bu pozuntunun yaranmasına səbəb ola bilər :

Enurez

ENUREZ – uşağın psixoloji inkişaf yaşına uyğun gəlməyən, uzun müddət davam edən hal olub, arzu olunmaz vaxtlarda və xüsusilə də gecə yuxusu zamanı (və ya gündüz və ya həm gecə, həm gündüz) sidik ifrazını saxlaya bilməməyidir.

Uşaqlarda Kleptomaniya

Kleptomaniya ehtiyyacı olmadığı halda və ya maddi dəyərini nəzərə almadan başqalarına aid əşyaları icazəsiz götürmək (oğurlamaq) formasında müşahidə olunan pozuntudur. Şəxs oğurladığı əşyanı heç vaxt istifadə etməsə belə, həmçinin onu almağa maddi vəsaiti çatsa belə özündən asılı olmayaraq icazəsiz həmin əşyanı mənimsəyir. Bunu edərkən qeyri-iradi edir və əvvəlcədən planlaşdırmır. Kleptoman bu tip davranışları etməzdən əvvəl yüksək gərginlik və sıxıntı hiss edir, əşyanı oğurladıqdan sonra isə rahatlıq və xoşbəxtlik hiss edir.

Hipoxondria

Hipoxondiranın yaranma səbəbi kimi xəstənin somatik xəstəliklərə toleransının az olması və kiçik fizioloji problemlərin həddən çox böyüdülməsidir. Hipoxondriadan əziyyət çəkən biri sosial öyrənmə yolu ilə xəstə insanların necə davrandıqlarını və xəstəliyin onlara necə təsir etdiyini mənimsəyirlər. Bu zaman çox mükəmməl şəkildə xəstə kimi rol oynaya bilirlər.

Sosiopatiya

DSM-4 –də Anti-sosial şəxsiyyət pozuntusu başlığı altında psixopatiya ilə yanaşı sosiopatiya haqqında da bəhs olunub. Sosiopatiya hər hansısa xəstəlik və ya psixoloji problem deyil, şəxsiyyət pozuntusudur. Sosiopatlar ümumi əlamətlərinə görə tez-tez psixopatlara bənzədilir və ya onlarla müqayisə olunur. Lakin, sosiopatiyanın da özünə məxsus bir sıra əlamət və göstəriciləri mövcuddur. Həmçinin sosiopatiya yaranma vaxtına görə də psixopatiyadan fərqlənir. Belə ki, anti-sosial şəxsiyyət pozuntusu üzrə araşdırmalar aparan alimlər apardıqları araşdırmalar nəticəsində belə qənayətə gəlmişdirlər ki, psixopatiya doğuşdan yarananır, lakin, sosiopatiya sonradan qazanılır.

POSTTRAVMATİK POZUNTU

Posttravmatik stress pozuntusu hər hansı travmatik hadisəyə bağlı, son dərəcə ağır emosional stresslə müşahidə olunan təşviş pozuntusudur. Pozuntu, travma yaradan hadisəyə erkən və ya sonradan gecikməli şəkildə əks reaksiya olaraq ortaya çıxan, yüksək oyanıqlıq, çəkinmə və emosional donma, təkraryaşama halları kimi klinik əlamətlərin yaşandığı, ən az 1 ay davam edib pasiyentin sosial və şəxsi həyatına mənfi təsir göstərən psixi narahatçılıq halıdır.

PANİK POZUNTU

Panik pozuntu gözlənilmədən və yenilənən şəkildə panik atakların baş verməsi halında yaranan təşviş pozuntusudur. Panik atak və ya panik hücum panik pozuntu da daxil olmaqla bir çox psixoloji pozuntularda və bəzi xəstəliklərdə özünü göstərən təşviş, qorxu, narahatlıq şəklində müşayiət olunan tutma halıdır.

SOSİAL FOBİYA

Psixiatr İsaac Marks tərəfindən 1966-cı ildə termin olaraq elmi ədəbiyyata gətirilmiş sosial fobiya utanmaq, alçaldılmaq, diqqət mərkəzində olmaq, çıxılmaz vəziyyətdə qalmaq, sosial şəraitdə bir başqaları tərəfindən neqativ dəyərləndirilməklə bağlı mövcud şəraitdən qorxma və qorxu duyğusundan rahatlamaq üçün uzaqlaşma aktı ilə xarakterizə olunan geniş yayılmış təşviş pozuntusudur.

BİPOLYAR AFFEKTİV POZUNTU

Tibbi-psixoloji xəstəlik olan bipolyar affektiv pozuntu sadə vətəndaşlar arasında çox da bilinməsə də, narahatçılıq seyri kifayət qədər yüksək olan psixosomatik problemlərdən biridir. Digər adı iki qütblü affektiv və ya manik depressiv pozuntu olaraq da adlandırılan, yüksək hərəkətlilik ehtiva edən maniya epizodundan ağır depresiya epizoduna keçid edən, müalicə olunmadıqda isə intiharla nəticələnən psixosomatik problemdir.