Psixoloji

Uşaqlarda qorxular və səbəbləri

Uşaqlarıda yaşa uyğun olaraq müəyyən qorxular olur. Qorxuların müxtəlif səbəbləri olur. Əgər valideyinlər aşırı qoruyucudursa özləri qorxursa, həyəcanlı, təşvişli isə bu uşağa da keçir. Ona görə də....

Otello sindromu

Otello sindromu sevdiyi şəxsi xəstəlik dərəcəsində qısqanması halıdır.

Otello sindromu sevdiyi şəxsi xəstəlik dərəcəsində qısqanması halıdır. Sevdiyini və özünü yoracaq şəkildə münasibəti sahiblənərək hər kəsdən qorumağa çalışır. Adını Şekspirin məşhur Othello əsərindən götürür. Sindromun adı psixoloq Con Todd və K. Devharstın birgə yazdığı məqalədə ilk dəfə işlənmişdir

YENİYETMƏLƏRDƏ DEPRESSİYA

Yeniyetməlik dövrü insanlarda yetişkinliyə atılan ilk addımdır. Yeniyetməlik, uşaqlıq çağıyla, yetkinlik çağı arasındaki çox həssas bir keçid dövrüdür. Bu dövrü yaşamağa başlamış uşaqlar, fiziki dəyişikliklərlə əlaqəli olaraq öz bədənini və cinsəlliyini kəşf etdikcə bununla bağlı problem yaşaya bilərlər. Şəxsiyyətinin formalaşdığı bu dövrdə yeniyetmə - ”mən kiməm?”, “həyatın mənası və məqsədi nədir?”- kimi suallara cavab axtarır.

Sevginin 3 tipi

Sevginin 3 tipi Yapon araşdırmacısı, yazıçı Masumi Toyotome sevginin 3 formada özünü büruzə verdiyini qeyd edir 1. "Əgər" sevgisi: 2. "Çünki" sevgisi: 3. "Rəğmən" sevgisi:

Bacı qardaş qısqanclığı

Bacı-qardaşlar arasında reqabət normal bir duyğudur. Amma bəzən bu normanı keçir.Uşaq üçün reqabətin başlıca qaynağı “ata-anam onu daha çox sevir!” düşüncəsi olur. Qısqanclıq səbəbi ilə uşaqda iməkləmə,uşaqca danışma, altını islatma, əmzik yemə,dırnaq yemə, barmaq əmmə,kəkələmə və.s kimi geriləmə əlamətləri görülə bilər.

QUCAQLAŞMANIN PSİXOLOGİYASI

Heç düşünmüsünüzmü nəyə görə qucaqlaşırıq?

Heç düşünmüsünüzmü nəyə görə qucaqlaşırıq? Nəyə görə insanlar ağlayanda və ya sevinəndə qucaqlaşır?

Psixosomatik ağrılar

Duyğunun 7 tipi

Hər hansısa bir hadisə qarşısında yaranan xoş və ya pis hisslər insanın davranışında mütləq qaydada özünü göstərir. Insan özünü yaxşı hiss etdikdə, vücudumuz bu pozitivliyi əks etdirir. Məmnuniyyət, razılıq, xoşbəxtlik kimi müsbət emosiyalar serotonin və ya dopamin kimi müsbət kimyəvi maddələrin ifrazına imkan verir.Eyni hal bunun əksi üçün də keçərlidir.

Küsmək davranışı

Küsmək davranışının vərdişə çevrilməməsi üçün nə etməli?

Ümumiyyətlə küsmək potensial olaraq hər insanda var olan bir davranışdır. Tez-tez küsmək davranışından istifadə etdikdə isə bu davranış vərdişə çevrilir. Ən çox yayılmış vərdişlərdən biridir. Xüsusilə uşaqlar valideynlərindən və ya dostlarından dodaq büzməyi, “mənə nə” deməyi, çiyin çəkməyi tez öyrənir. Şərait yarandıqda isə çox vaxt dərk etmədən, tətbiq etməyə başlayır. Belə nəticəyə gəlmək olar ki, hər nə qədər insan dünyaya gəldiyi gündən etibarən daxili potensial olaraq küsməyi bilsə də, küsmək müşahidə yoluyla öyrənilən və vərdişə çevrilə bilən davranışdır

Uşaqlarda güvən hissini necə formalaşdırmalı?

+ Güvən nədir?- Güvən, insanın öz bacarıqlarından xəbərdar olaraq, özünə şübhə etmədən,inamla hərəkət etməsidir. Özünə inam hissi insanların həyatdaki uğurlarını yaradan əsas səbəblərdən biridir. Bu uşağa özünə inam hissini qazandırmaq, öyrənmək, sevmək, təşəbbüs ruhu, öz problemlərini özü həll etmək bacarığını formalaşdırır.

Depressiya

Depressiya – qəmgin,narahat və ya “boş”ruh halının olması,gələcəyə dair ümidsizliyin olması,həddindən çox günahkarlıq hissi,dəyərsiz hiss etmək,çarəsizlik,həyatdan zövq almamaq və s kimi əlamətlərlə özünü göstərir.Depressiyadan əziyyət çəkən insanların bir çoxunda yemek yemek kimi günlük və məcburi ehtiyaclarını təmin etmək üçün özlərində güc tapmadıqlarını vurğulayırlar.

Uşaqlarla ünsiyyətdə valideynlərin 5 yalnış yanaşması

İnsan hər yaşda yeni bir şey öyrənir və kəşf edir. Uşaqların həyatı öyrənmə prosesində xüsusilə ilk illər, şəxsiyyətin inkişafı baxımından çox vacibdir. Bu dövrdə edilən ən kiçik səhv, həyatı boyu insanın şəxsiyyətinə və həyatına mənfi təsir göstərir. Bu məqalə, sizlər üçün uşaq tərbiyəsində edilən xüsusilə 5 səhv addım haqqında informasiya verəcək.

Spesifik Fobiya

Spesifik fobiya –müəyyən bir obyekt və ya vəziyyətin olması ya da bu vəziyyətlə qarşılaşma düşüncəsilə ortaya çıxan qabarıq olaraq hiss edilən qorxu hissidir.Qorxulan obyektlə qarşılaşanda ürəyin tez-tez vurması,üz qızarması,titrəmə,tərləmə,bulanıq görmə,nəfəs darlığı, və s.kimi narahatlıqlar ortaya çıxır.Misal üçün ,lift qorxusu olan bir şəxs liftin qapıları qapandıqda liftdə qalacağını,içəridə ona nəsə olacağını düşünür.

SELFİE

Xəstəlikmi yoxsa bir terapiya texnikasıdır?

Çiçəklənən yaralar

Hər kəsin bir yara izi var. İnsanlardan gizlətməyə çalışdığı, örtmək üçün çabaladığı bir yara izi. Heç kimə toxundurmayacaq qədər acı,batdıqca nəfəs almağın qiymətini anlayacaq bir yara izi.Bu izlə yaşamağa alışırsan.Hər səhər gün doğarkən baxdıqda yaşamağı yenidən sevməyə çalışmalısan.Əlbət bir gün biriləri o yara izinə toxunar və acıların biraz da olsa yüngülləşməyə başlayar.

Yaşamaq gözlədir...

Bizlər ferqli insanlarıq.Yaxşı insan ola bilmək, xoşbəxt olmaq , yaxşı yaşamaq çətin deyil əslində.Hamımızın həyatı mənfi və müsbətlərlə doludur.Önəmli olan mənfilərdən dərs çıxarmaq onların əslində bizə həyatımızın hədiyyəsi olduğunu qebul etməkdir.Çünki yaşadığımız hər şey bizə bir dərs vermək üçündür.O qədər mənfiyə üzüntüyə kədərə qapılırıq ki, onun verdiyi dərsi görmürük. Əslində bəzi acılar ,kədərlər faydalıdır, əvvəl incidər amma sonra sənə bir dərs verdiyini görərsən. Yaşadığımız hər şey bizə bir şeylər öyrətmək üçündür. Qarşınıza çıxan əngəlləri avantaja çevirin.

Gözələ baxmaq savab deyil, ziyanmış

İspaniyada aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə vardır. Yaz aylarında aparılan araşdırma kişi psixologiyasının maraqlı nüanslarını ortaya çıxarmışdır. Gözəl, “baxmağa doymadığımız” qadınlar psixi səhhətimizə ziyanmış...

Xoşbəxtliyin açarını tapmısız?

Həyat sevgisi insandan insana dəyişir.Bəzi insanlar həyata olan sevgisini işində bəziləri ailəsində bəziləri övladında görür.Hər kiçik məqamdan hər zərrədən xoşbəxt olur.Bəzən nə qədər çətinliyə düşürsən düş həyat sevgisi insana hər çətinliyin öhdəsindən gəlməyə güc verir.Heç nə asanlıqla olmur həyatda. Həyat imtahanlarla doludur gözəl günlər sizə gəlmir siz onlara tərəf getməlisiniz. Hərdən bir şeylərin yoluna girməsi üçün bəzi şeylərin sıradan çıxması lazımdır.Əgər arxasından gedəcək cəsarətiniz varsa bütün xəyallarınız gərçəkləşə bilər.

Qüds sindromu

Qüds sindromu - qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur.

Erotomaniya

Klerambault sindromu olaraq da bilinən erotomaniya, şəxsin daha əvvəl tanış olmadığı bir başqası və ya başqaları tərəfindən sevildiyinə inandığı, gerçəkliklə heç bir əlaqəsi olmayan paranoyal sayıqlama pozuntusudur. Ən əsas əlaməti əsasən özündən üstün statusa sahib məşhur, tanınmış şəxs tərəfindən sevildiyinə dair olan inancıdır. Bu sevilmənin məşhur olmayan yad bir şəxs tərəfindən olma ehtimalı da var. Digər əsas əlamət isə belə bir şeyin olmadığı gerçəyi onlara sübut edilsə belə, şəxs,yenəsevildiyi fikrindən daşınmaz. Sevən "aşiq hədəfləri” arasında müğənni, aparıcı, vəkil, həkim, futbolçu və digər sahələrdən tanınmış şəxslər ola bilər.

Həyatın fərqli dadları

Həyat ya şirindir, Ya Acıdır, Ya da hər ikisinin qarışığından ibarətdir. Bir fincan kofe kimi. Və heç vaxt kofe içməy

Pomodoro texnikası

Hal-hazırda əksər insanların ən böyük problemlərindən biri də zamanı məhsuldar şəkildə xərcləyə bilməməkdir. Hələ əgər zamanın necə dəyərli bir məfhum olduğunu bilənlər üçün bu daha da böyük bir problemə çevrilir. Zamanla bağlı problem yaşayan insanlarda sonradan digər psixoloji narahatçılıqlar meydana gəlir. Qərb dünyasında vaxtla bağlı problemi həll etmək üçün bir çox üsullardan, texnikalardan istifadə edirlər.

Təcrübə Qazanmaq Üçün Lazım Olan 5 İş

Digər işlərlə müqayisədə sahibkarlıq risklidir, çətindir və ilkin mərhələdə daha çox sərmayə tələb edir. Sahibkar olmazdan əvvəl işinizin uğurlu olması sizə lazım olan bacarıqlar, təcrübələr, dünyagörüşlər və pul qazanmaqda köməkçi olur.

Klaustrofobiya

Klaustrofobiya latın sözü olan claustrumdan götürülüb, mənası, "qapalı yer" və "qorxu" sözlərinin birləşməsindən ibarətdir. DSM-5-ə uyğun olaraq fobiyanın bir növü sayılır

SOSİAL FOBİYA

Sosial fobiyalar ətrafındakıların diqqət mərkəzində olmaq qorxusu ilə ictimai mühitdə qaçmağa gətirib çıxaran hallardır.Şəxs,bu kimi hallarla qarşılaşdıqda mənfi şəkildə qiymətləndirilməkdən qorxur. Sosial fobiyalar üzün qızarması,əllərin əsməsi,ürəkbulanma və ya qeyri-iradi sidik ifrazı kimi əlamətlərin olması ilə özünü göstərə bilər.

NARSİST TİP ŞƏXSİYYƏT POZUNTUSU

Narsist tip şəxsiyyət pozuntusu olan insanlar Özlərini fiziki və mənəvi baxımdan çox bəyənən , davamlı olaraq diqqət, qayğı gözləyən , getdikləri hər hansısa bir yerdə özəl biri olduqlarını düşünürlər. Bacarıqlarını və uğurlarını həddindən artıq bö yüdürlər, daim özlərinin qeyri-adi zəkasından, ağlından,gözəlliyindən danışırlar. Başqalarının tənqidlərini qəbul etmirlər ,empatiya qurma bacarıqları yoxdur . Güc və sevgidə doyumsuz, özlərinin tayı-bərabəri olmayan biri olaraq görmək xüsusiyyətləri var. Bu insanların yaşı ötdükcə gözəllikləri və gücləri azaldıqca aqressiv, əsəbi, intiqam almaq duyğusu olur.

Lolita kompleksi

Lolita sindromu əsasən hər iki cinsin nümayəndəsində öz ehtiyacına əsasən görünən psixoloji kompleksdir. Kompleks öz adını V.Nebakovun Lolita adlı əsərindən götürülüb. Lolita kişilərdə özündən dəfələrlə kiçik qızlarla, əksəriyyətinin 14-30 yaş arasında olduğu qızlarda özlərindən 2 dəfə yaşlı kişilərlə aralarında yaşanan sevgi və cinsi aktla davam edən, müasir dünyamızda geniş yayılan psixoloji problemdir.

3-4 yaşlarında olan uşaqlara kriz anında necə müdaxilə etməli?

3-4 yaşında olan bir övladınız varsa və kriz anındadırsa ona həm gülməli, həm dinamik, həm də məntiqli bir həll yolu tapmalısınız. Uşaqlar bu yaşlarda adətən əvvəlki illərə nisbətən daha dağıdıcı, aqressiv və inadkar olurlar. Bu səbəblə, həmin davranışları analiz edərək yerində və dəqiq müdaxilə edə bilmək üçün strategiyalı davranmaq lazımdır.

Depressiv Pozuntu

Depressiv pozuntu həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.

Psixi inkişaf ləngiməsi nədir?

Məktəbli uşaqların müəyyən bir hissəsinin təlim materiallarını mənimsəməməsi prosesi pedaqoq və psixoloqları narahat edir.Dərs materiallarını mənimsəməməsi çox zaman səhv olaraq uşaqların əqli cəhətdən geri qalması ilə əlaqələndirilir.Lakin son dövrlərdə aparılan tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, bu uşaqlar əqli cəhətdən geri qalan uşaqlardan tamamilə fərqlənirlər.Bu fərq ondan ibarətdir ki,belə uşaqlar mövcud bilikləri mənimsəmək,ümumiləşdirmək bacarığı və geniş yaxın inkişaf zonası var.

Disleksiya

Disleksiya baş beyin qabığının bir neçə sahələrinin pozulması və ya inkişafsızlığı ilə bağlı oxu prosesinin pozulmasıdır.Həriflərin tanınmasında,hərflərin hecalara keçməsi ilə,hecaların sözlərə keçməsi ilə,sözün səs formasının düzgün qavranilmamasi ilə birüzə verilir.

İnsanın psixososial inkişaf prossesi

(Erik Homburger Erikson nəzəriyyəsi)

Erikson şəxsiyyətin inkişafında anadangəlmə potensialın vacib olduğuna diqqət çəkmişdir. Sosial və tarixi faktorların şəxsiyyətin formalaşmasında çox vacib təsirinin olduğunu qeyd edir. Eriksona görə şəxsiyyət dünyaya gəldiyi zaman eqo bir potensial kimi ruhun quruluşunun tərkibində olur, lakin eqonun üzə çıxması yalnız sosial çevrədə formalaşa bilir.

Uşaqlarda Ağlama Krizi

Uşaqlarda xüsusilə 1yaşdan sonra rast gəlinən və ağlama anlarında nəfəs almama kimi ciddi bir hal olan QATILMA( quat) müdaxilə edilmədikdə mənfi nəticələr yaradır və haqlı olaraq bütün valideyinləri təşvişə salır.Uşağın ağlamaqdan rəngi göyərir və ya solur,sonra dərindən nəfəs alıb təkrar ağlamağa davam edir.Ağlama və düzgün nəfəs almama halında bəzən huşun itməsi baş verir.

3 yaş sindromu

3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün davranışlarındakı dəyişikliklər normaldır.

Əqli gerilik

Əqli gerilik

Əqli gerilik uşağın zehinsəl bacarığının yaş ortalamasının altında olması,bununla bağlı olaraq təlim sisteminin gözləntilərin qarşılanması mövzusunda sıxıntıların yaşanması prossesidir.

Uşaqlarda davranış pozuntularının səbəbləri

Uşaqlarda davranış pozuntularının səbəbləri

Davranış pozuntuları uşağın müxtəlif fiziki və ruhi səbəblərə bağlı,daxili aqressiyaların davranışda görülməsi nəticəsində ortaya çıxır.

Alaliya

Uşaqlarda nitqin inkişafdan geri qalmasının ağır hallarından biri də alaliyadır. Alaliya normal eşitmə zamanı ümumi nitqin ləngiməsi deməkdir. Motor alaliya zamanı uşaq nitqi anlayır, amma danışmır.

Uşaqlarda Gecə Terroru

Gecə yuxudan qorxaraq oyanma uşaqlarda tez-tez rast gəlinən bir haldır.Bir növ yuxu pozuntusu olan gecə qorxusu uşağın psixologiyasına güclü təsir edir.

Yuxu

Yuxu istər fizioloji istərsə də psixoloji baxımdan insanı gümrah vəziyyətdə saxlayan, beynin normal fəaliyyətini təmin edən əsas amillərdən biridir. Gündəlik həyati qayğılar, yaşanmış travmalar, əmələ gəlmiş psixoloji problemlərin nəticəsi kimi yuxu pozuntusu meydana gəlir.

Peter Pan sindromu

Böyümək istəməyən və hər zaman uşaq qalmaq istəyən insanlarda görülən davranış pozuntularına verilən addır.Bu sindrom yetkin olduğu halda uşaq kimi davranan insanlarda və böyümək istməyən uşaqlarda rast gəlinir.

NOMOFOBİYA

Texnologiya inkişaf etdikcə insanların yaşam şəkli də dəyişir, “Nomofobiya” – “no mobile phobiya” mənası telefonsuz qalma qorxusudur.Yəni mobil telefonla yaradılan ünsiyyətdən qopmaq,məhrum olmaq qorxusudur.

Uşaqların psixi və fiziki inkişafında yuxu rejiminin rolu

Uşaqların yuxu saatları valideynlər üçün ən həssas mövzulardan biridir. Çünki yuxu uşaqların həm fiziki, həm də psixoloji sağlamlığı üçün çox vacibdir. Uşaqların kifayət qədər yuxusunu alması, uşaqların zehni potensialının artmasına, davranış problemlərinin azalmasına və nadinclik etməməsinə kömək edir.

Nifrət

Bizə zərər verən bizi incidən,istədiklərimizi bizdən əsirgəyən ,bizə haqsızlıq edən insanlara qarşı içimizdə bir qıcıq yaranır və bu qıcıq getdikcə böyüyüb nifrətə çevrilə bilər.Bəzən ədalətsizliklə qarşılaşırıq və bu bizdə nifrət hissi oyadır.

Uşaqlarda drama terapiya.

İnsan şəxsiyyətinin əsası 0-6 yaş dövründə qoyulur.Sonrakı illərdə bu inkişaf davam edir Drama terapiya uşaqlarda zehni,sosial və psixomotor bacarıqların bütünləşməsi yönündən çox önəmlidir.

Uşaqların Süddən Kəsilmə Dövrü

Uşaqların süddən kəsilmə dövrü ana və uşaq üçün olduqca önəmli bir dövrdür.Süd vermə dövründə ana ilə uşaq arasında bioloji bağlanmanın əslində qidalanmaqdan əlavə həm də iki tərəfin ruhu bəslənir və psixoloji rahatlıq tapır.

Vaginizm

Vaginizm-cinsi əlaqə zamanı qadınlarda uşaqlıq yolu əzələlərinin qeyri-iradi olaraq yığılmasıdır ki, bu da cinsi aktın ya olduqca ağrılı keçməsi, ya da tamamilə mümkünsüz hala gəlməsi ilə nəticələnir. Bu pozuntu qadınlar arasında ən geniş yayılmış cinsi funksiya pozuntularından biri olub, nadir hallarda fizioloji(orqanik), 90% hallarda isə psixoloji səbəblərdən qaynaqlanır.

Xarakterə görə ixtisas seçimi

Jon Holland ixtisas seçimi nəzəriyyəsinin yaradıcısıdır. Tipologiya nəzəriyyəsi olaraq qəbul olunan bu anlayışa əsasən insanlar xarakterinə əsasən qruplara bölünə bilər. İnsanlar bu qrupların xüsusiyyətlərinə uyğun ixtisaslarda, çevrələrdə xoşbəxt ola və uğur qazana bilərlər. Bununla belə nəticəyə gəlmək olur ki, şəxsiyyət ilə peşə fəaliyyətinin olduğu mühit arasında müəyyən bir əlaqə vardır.

Bulimiya

Bulimiya nevrozu qida pozuntusunun bir digər tipi olub ifrat qida qəbulu krizləri və artıq çəki problemi ilə müşayiət olunan psixoloji pozuntudur. Əsas əlamətləri dayanmadan,nəfəsi kəsilirmiş kimi yemə və artıq çəkinin alınmasının qarşısını almaq üçün göstərilmiş hərəkətlərdir. Bulimiklər öz bədən ölçüsündən və görkəmindən həddən artıq təsirlənirlər.

ANOREKSIYA

Qida pozuntuları bu gün dünyamızda yayılma ölçüsünə əsasən ən çox yaşanan və ölüm riski yüksək psixoloji problemlərdən biridir. Başlıca olaraq anoreksiya və bulimiya olaraq iki yerə bölünərək, ifrat qida qəbulunun çoxluğu və azlığı ilə müşayiət olunur.

UŞAQLARDA OBSESSİV-KOMPULSİV POZUNTU

Əgər uşağınız uzun müddət bəzi hərəkət və ya düşüncələri təkrarlayırsa, bu obsessiv-kompulsiv pozuntu ola biler. Əvvəllər nadir olaraq görülən bu pozuntu hal-hazırda geniş yayılmışdır. Əlamətlər daha çox 6-7 yaşlardan etibarən başlayır(daha kiçik yaşlarda da başlaya bilər). Xalq arasında “takıntı”, “vəsvəsə” olaraq adlandırılan bu hal tibbi termin olaraq “obsessiya” adlanır. Obsessiyalar istənmədən beyinə gələn, həyat şəraitinə mənfi təsir edən, təkrarlayıcı düşüncələrdir. Bu düşüncələri durdurmaq üçün edilən davranışlar “kompulsiya” adlanır.

Stressin idarə olunması

Stress – orqanizmamızın daxili və xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır. Özümüzü narahat, gərgin və ya təzyiq altında hiss etdiyimiz zaman stress keçirdirik. İş və ya gündəlik həyatda rastlaşdığımız çətinliklər, mübarizə aparmalı olduğumuz situasiyalar, gərgin iş rejimi, istər ailəmizlə və ya dostlarımızla, istərsə də iş yerində üzərimizə götürdüyümüz məsuliyyətlər də stressin yaranmasına səbəb ola bilər.

Uşaq depressiyası

Depressiya uşaqlarda və böyüklərdə müşahidə olunan emosional pozuntudur. Depressiya həyatda yaşanan stress, yorğunluq, məyusluq, boşluq kimi bir çox problemin yaratdığı reaksiyadır.

Məktəb fobiyası

Məktəb fobiyası uşaqlarda adətən yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq sentyabr ayından başlayır. Anadan ayrılma qorxusu, həmçinin evdən ayrılma, çox yaxın olduğu ailə üzvlərindən ayrılma, sinifdə aşağılanma, müəllimlər tərəfindən düzgün qiymətləndirilməmək qorxusu fobiyanı yaradan səbəblərdən hesab oluna bilər. Təbii haldır ki, yaş fərqinə əsasən fobiyanın yaranma səbəbləri də fərqlidir.

Depressiya

İnsanlar arasında depresiya ilə bağlı formalaşmış yanlış bir stereotip var ki, bu da hər kədərli, narahat, sıxıcı vəziyyətə depresiya adının verilməsidir.

PSİXOPATİYA

DSM 4-də Antisosial şəxsiyyət pozuntusu başlığı altında öyrənilən bu tip insanlar ümumilikdə empatiya hissindən yoxsundurlar. Psixopatiyanın əksər hallarda uşaqlıq dövründən başlandığı düşünülür, buna görə də sonrakı dövrlərdə meydana gəlmə ehtimalı olduqca aşağı olur.

A. Maslow Ehtiyyacların İerarxiyası Nəzəriyyəsi

Insan ehtiyyaclarının çox qarışıq və bir-biri ilə sıx əlaqədar olduğunu bildirən Maslou bu ehtiyyacları 5 əsas kateqoriyaya ayırmışdır. Bu beşlik şəklində olan kateqoriyalar ümumilikdə böyük bir ierarxik quruluşa malikdir. Bütün bu ehtiyyaclar bir-birinin ardınca gəlir və bir-birilərini tamamlayır.

Uşaqlarda Aqressiv Davranış Pozuntuları

Hər uşaq müəyyən yaş dövründə özünəməxsus şəkildə hərəkətli olur. Evdəki əşyaları dağıdır, onlara zərər verir, qaçır, atılıb-düşür, bəzən yalan danışır, valideynlərinə tabe olmaq istəmir və s. bu kimi davranışlar nümayiş etdirir. Bu bütün sağlam psixologiyalı uşaqlara xas xüsusiyyət olsa da müəyyən həddi aşdıqda “aqressiv davranış pozuntusu” ola biləcəyi siqnalını verir.

Uşaqları cinsi istismardan necə qoruya bilərik?

Cinsi istismar dedikdə insanların ağlına ilk olaraq ailə qayğısından məhrum qalmış, evdən qaçmış, nəzarət olunmayan uşaqlar gəlir. Əslində isə bu stereotip çox yalnışdır. Beləki, cinsi istismar hər uşağın başına gələ bilər. Sosial çevrənizdə və ya yaşadığınız bölgədə, təhsil aldığınız, işlədiyiniz yerlərdə, xüsusilə də uşaqların çox olduğu mühitlərdə *pedofiliyası olan insanlara rastlamaq mümkündür. Bununla yanaşı bir çox insan cinsi istismara yalnız qız uşaqlarının məruz qala biləcəyi ehtimalını düşünür, lakin təəssüf ki, buna oğlan uşaqları da məruz qala bilər

OBSESSİV KOMPULSİV POZUNTU

Siz və ya yaxınınız özündən asılı olmadan tez-tez əllərini yuyur, evdəki məişət cihazlarını söndürülməsini yoxlayır, kirli bardaq masada qalanda yumadan rahat ola bilmir, masada əşyalar qarışıq durubsa əsəb hissi keçirtməmək üçün onları tez düzləyirsə bu hal həkim müayinəsində tək bir diaqnozla nəticələnə bilər - OKP, yəni obsessiv-kompulsiv pozuntu.

Pozitiv tərbiyyə üsullarının 5 prinsipi.

1. Başqalarından fərqlənmək-normaldır. 2. Səhv etmək-normaldır. 3. Neqativ emosiyalar nümayiş etdirmək- normaldır. 4. Daha çox istəmək –normaldır. 5. Fikir ayrılığını bildirmək- normaldır, lakin ailədə ata və ananın əsas olduğunu unutma.

Hiperaktiv uşaqların valideyinlərinə 10 pedaqoji məsləhət.

Yazın, yadda saxlayın və əməl etməyə calışın. 1. Əlaqə yaradın-Uşağın özü ilə birbaşa əlaqə yaratmaq lazımdır.Bu zaman toxunmaq,özünə tərəf çevirmək və əlaqəyə mane olan əlavə qıcıqlandırıcıları(televizor,oyuncaq və s.) aradan qaldırmaq kimi vasitələrdən istifadə etmək olar.

Əldən qalan əlli il qalar

Güzəran psixologiyamızda özünə yer tapmış bu ifadə elmi ədəbiyyatda procrastination, bizim dildə isə təxirəsalma olaraq adlandırılaraq, günümüzdə cəmiy yətin əsas problemlərindən biri olub öz aktuallığını qoruyan bu xəstəliyi dolğun şəkildə əks etdirir. Əllərimizdən itib gedən zamana baxdığımızda ehtimal ki, bir çoxumuzun “kaş ki“lərimizdən ibarət bir kolleksiyası var.

QƏRARSIZLIQ

Qərarsızlıq, insanların gündəlik həyatlarında müxtəlif duyğu, düşüncə və istəklərin seçilməsi zamanı uyğun qərarın verilə bilməməsində çətinliyin yaşanması ilə xarakterizə olunan narahatçılıq halıdır. Bu zaman insanlar hər hansı bir məsələyə necə reaksiya verməyindən tutmuş, nə yeyəcəyi, nə geyəcəyi, hara gedəcəyi, harda oturacağı, nəyi oxuyacağı və s. kimi şeylərə qərar verə bilmir.

Hər insan xoşbəxtliyə laiqdir

Hər kəsin bu həyatda bir missiyası var və bunu reallaşdırmaq üçün hər kəsə ona özəl bir bacarıqlar verilib. İnsanlar həyatı öz təcrübələrinə,yaşadıqlarına əsasən qavrayırlar və bu zaman onlarda olan keyfiyyətlər özünə məxsus şəkildə inkişaf edir.