Böyüklər üçün konsultasiya

Fərdi psixoloji konsultasiya – bu bizim psixoloqun Sizinlə görüşüdür. Bu görüş əyani və ya skype vasitəsi ilə keçirilir. Konsultasiyanın müddəti 1 saatdır. Bu, Sizi narahat edən problemin daha dəqiq araşdırılması və arzuolunan nəticəyə çatmaq üçün hərəkətlər planının bərabər qurulmasıdır.

Konsultasiya zamanı Siz özünüzü, şəxsi motivlərinizi, istəklərinizi, tələbatlarınızı və həyatdakı uğursuzluqlarınızın səbəblərini daha geniş, fərqli tərəflərdən görməyə və dərketməyə başlayırsız. Psixoloqla görüşlərin nəticəsi olaraq yeni həyati perspektivləri düzgün dəyərləndirməyi öyrənirsiz.

Konsultasiya üçün mövzular:

· Çətin həyat situasiyasından çıxış;

· Özünəəinam əksikliyi, ünsiyyət çətinlikləri, özünqiymətləndirmə problemi;

· Uğursuzluq hissi, daxili konflikt və öz həyatınla razı olmamaq;

· Əks cinslə problemlər, tənhalıq hissi, öz partnyorunun axtarışında çətinliklər;

· Həyata marağın itirilməsi, depressiya, ümidsizlik hissi;

· Stress, qıcıq, keçməyən təşviş-həyəcan hissi;

· Özünü dərketmə, həyatına yeni məna axtarışı;

· Qərar qəbul etmə çətinlikləri;

· Stressin idarəedilməsi;

· Psixosomatika (tibbi əsası olmayan psixoloji xəstəliklər), fobiyalar;

· Boşanma problemləri, itki hissi (ölüm və s.), xəyanət, yeni həyat mövqeyinin yaradılması;

· Və s. problemlər;

Konsultasiya zamanı Siz vacib hesab etdiyiniz hər şeyi danışa bilərsiz. Əmin ola bilərsiz ki, dedikləriniz tənqid olunmayacaq və Sizə qarşı münasibət dəyişməyəcək. Bu psixoloqun etik kodeksinə ziddir.

!!! Psixoloqla görüş zamanı danışılanların məxfiliyi qorunur.

Psixoloqun mütəxəssis olaraq əsas vəzifəsi sizin dedikləriniz düzgün istiqamətə yönləndirərək sizə yardım etməsidir.


Bu yazı 678 dəfə oxunub




Böyüklər üçün konsultasiya Böyüklər üçün konsultasiya