Online psixoloji konsultasiya

Online konsultasiyanın müsbət tərəfləri:

1. Münasiblik

Yaşadığı mühitdən uzaqlaşmadan sadəcə internetdən istifadə edərək peşəkar psixoloji dəstəyin alınmasını təmin edir. Eyni zamanda, uzaq kənd və bölgələrdə yaşayan, fiziki qüsurlu, evdən kənarlaşmaq üçün şəraiti olmayan hər kəs bu xidmətdən yararlanaraq mənəvi sağlam olmasını təmin edir. Eyni zamanda işləri daima ofisdə kompyuter arxasında olan, lakin psixoloqa ehtiyac duyan insanlar, internet istifadəsini/virtual aləmi üstün tutan uşaq və yeniyetmələr üçün bu tip terapiya xidməti səmərəli vasitədir.

2. Rahatlıq

Online konsultasiya vaxt və məkan baxımından çox rahatdır. Goğrafi ərazi baxımından psixoloq/psixoterapevt bir gün ərzində konsultasiyaları paylaşdıra bilər. Xüsusəndə bu terapiya növü sosial fobiya, aqorafobiya və ya təşviş pozuntusundan əziyyət çəkən şəxslər üçün əlverişlidir. Çünki bu insanlar üz-üzə tanımadıqları və etibar etmədikləri şəxslə ünsiyyət qurmaqda imtina edirlər, çəkinirlər.

3. Qiymət münasibliyi

Qiymət baxımından ənənəvi terapiya üsullarından fərqlənmir. Əksinə büdcənizə qənaət etmiş olursuz, yol xərclərindən azad olmaqla.

4. Sosial qınaqdan kənar

Çoxdandır sizi narahat edən, cəmiyyətin qınağına çevrilməsindən qorxduğunuz, problemlərin yaratdıqları maneələri dəf etməyə şərait yaradır. Yəni sizin psixoloqa müaraciət etməyiniz başqaları tərəfinən nəzarət edilərək qınaq obyektinə çevrilməyəcəkdir.

5. Anonimlik/məxfilik

Yaşından, cinsiyyətindən, fiziki və psixi inkişafından asılı olmayaraq şəxsiyyət gizliliyi qorunur.

6. Müxtəlif kommunikasiya üsulları

Konsultasiyalar audio(görüntüsüz) və video(skype) şəklində aparılır. İnsanlarla üz-üzə ünsiyyətdən kompleks yaşayanlara yazılı konsultasiyalar da mümkündür.

Konsultasiya zamanı Siz vacib hesab etdiyiniz hər şeyi danışa bilərsiz. Əmin ola bilərsiz ki, dedikləriniz tənqid olunmayacaq və Sizə qarşı münasibət dəyişməyəcək. Bu psixoloqun etik kodeksinə ziddir.

!!! Psixoloqla görüş zamanı danışılanların məxfiliyi qorunur.

Psixoloqun mütəxəssis olaraq əsas vəzifəsi sizin dedikləriniz düzgün istiqamətə yönləndirərək sizə yardım etməsidir.


Bu yazı 1061 dəfə oxunub




Online psixoloji konsultasiya Online psixoloji konsultasiya