Salam. İlk öncə hər birinizi salamlayıram. Mənim psixoloqa sualım var

Sual: Salam. İlk öncə hər birinizi salamlayıram. Mənim psixoloqa sualım var. Mənim 15 yaşım var, çox kompleksli biriyem. Bu yaxınlarda məktəbimi dəyişmişəm, əvvəl oxuduğum məktəbdə də belə idim. Heç kimlə danışmıram, danışanda dilim tutulur, sanki qızarıram, özümü həyəcanlı hiss edirəm, çalışıram ki, sinifdə hər kəsdən uzaq olum, özümlə bacarmıram, sonrada özümü pis hiss edirəm. Evə gəlirəm və bu barədə düşünürəm, bütün bunlar beynimi qarışdırır. Xahiş edirəm mənə kömək olun. Hər şeydən ümidim üzülüb.


Cavab: Salam. Sizin problemlə tanış olduq. 15 yaş yeniyetməlik dövrünə təsadüf edir. Bu dövrdə baş verən inkişafı və dəyişiklikləri və dediklərinizi nəzərə alaraq qeyd edək ki, Sizdə özgüvən problem var. Bu problem aradan qaldırmaq üçün özünüzü tanımağa çalışın. Məqsədinizi və hədəflərinizi müəyyənləşdirin. Özünüzə kiçik tapşırıqlar verin və onları yerinə yetirin. Belə edərək özgüvəninizi gücləndirə bilərsiz.
Təbii ki, daha tez və effektiv nəticə görmək üçün yaxşı olar ki, psixoloji dəstək alasız.


Bu yazı 634 dəfə oxunub




Salam. İlk öncə hər birinizi salamlayıram. Mənim psixoloqa sualım var Salam. İlk öncə hər birinizi salamlayıram. Mənim psixoloqa sualım var