Mikayıl Əliyev

Psixosomatik xəstəliklər üzrə psixoloq

Əliyev Mikayıl Oqtay oğlu 30 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhər R.Sadıqov adına 136 saylı tam orta məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində "Psixologiya" ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Pedoqoji Universitetində isə "Ümumi psixologiya" ixtisası üzrə isə magistr təhsilini davam etdirmişdir.

 15-17.08.2011-ci tarixlərində "Prison Watch Public Association" nın təşkil etdiyi "Penitensionar psixologiya" mövzusunda təlimində iştirak etmişdir.



01.06.2014-cü ildə "V.S.Training& Psychology Center"in təşkil etdiyi "MTI NLP Diploma" kursunu, 06.06.2015-ci ildə "V.Training Center"in təşkil etdiyi "MTI Life Coaching" kursunu bitirmişdir.

04.08.2015-28.08.2015-ci ildə Türkiyədə "Gönül Özel Eğitim ve Rehabilitasyon Merkezi"nin "Özel Öğretim ve Rehabilitasyon" və "Ruhsal Hastalıkların Tedavisinde Klinik Psikoloji" təlimlərini, 05.01.2016-05.07.2016-cı il tarixləri arasında HUMEL Psixologiya Mərkəzinin təşkil etdiyi "Assistentlik proqramı"-nı, 28.10.2017-28.12.2017-ci il tarixində isə "NLP Practicioner" təlimini uğurla başa vurmuşdur. 

 Universiteti bitirdikdən sonra 02.11.2015-ci il tarixində HUMEL Psixologiya Mərkəzində psixoloq kimi işə başlamış, 14.07.2016 - 01.07.2017ci il tarixləri arasında müvəqqəti olaraq həmin mərkəzin icraçı direktor vəzifəsinə təyin olunmuşdur. Hazırda psixoloq olaraq fəaliyyət göstərir. 

Eyni zamanda 2016-cı ildən bəri Bakı Dövlət Universitetində müqavilə əsasında müəllim olaraq çalışır.


Bu yazı 899 dəfə oxunub




Mikayıl Əliyev Mikayıl Əliyev