Biz kimik?

Humel Psixologiya Mərkəzi 2015-ci il 12 oktybar tarixində fəaliyyətə başlamışdır. Əsas məqsədi Azərbaycanda psixologiya elmini inkişaf etdirmək, təkminləşdirmək və əhaliyə peşəkar xidmət göstərmək.

Hədəf qrupuna yaşından asılı olmayaraq hər kəs aiddir.

Azərbaycanda ilk dəfə olaraq psixoloji xidmət paketləri mərkəzimizdə insanların istifadəsinə verilmişdir. Bunlara aiddir: uşaq, yeniyetmə, şəxsi, ailə, korporativ, abituriyentlər. "Bağçalar” üçün olan xidmət paketimiz xüsusi tələbata əsasən yaranmışdır.

Faəliyyət istiqamətlərimiz diaqnostik-konsultativ, korreksion-inkişafetdirici, metodik istiqamətlər, onlayn psixoloq, akademik istiqamət(təlimlər,kurslar, seminarlar), maarifləndirici-profilaktik.

Mərkəzdə uşaq psixoloqu, yeniyetmə psixoloqu, psixoloq konsultant, ailə psixoloqu, klinik psixoloq, loqoped, korreksiyaedici pedaqoq (defektoloq) fəaliyyət göstərir.

Kurslarımıza "Uşaq psixologiyası və psixoterapiyası”, "Yeniyetmə psixologiyası”, "Loqopediyanın əsasları”, "Korreksion pedaqoqika”, "Art terapiya” və s. kursları aiddir.

Hal-hazırda 2 proqram (Assistentlik, Ailə psixologiyası), 5 xidmət paketi, 6 kurs, 2 master-klass, müxtəlif mövzularda seminar və treninqlər vardır.


Bu yazı 2150 dəfə oxunub




Biz kimik? Biz kimik?