DOĞUŞDAN SONRAKI PSİXOZ

DOĞUŞDAN SONRAKI PSİXOZ

Doğuşdan sonrakı psixoz -qadının doğuşdan sonraki ilk günlərində və ya doğuşdan sonrakı periodun ilk 2-4 heftəsində yaranır.Müasir diaqnostika üsullları ilə  aparilan psixoloji müayinələrdən sonra qisa muddət ərzində pasientdə sağalma eldə etmək olur.Lakin vaxtında diaqnostika edilmədikdə reabilitasiya aylarla uzana bilər.DSP-u keçirən xanımlar öz halını normal qəbul edir ve psixoloqdan imtina edirlər.

DSP-nin yaranma səbəbləri:

1. Hamiləlik zamanı tekrarlanan stresslər

2.  Daimi fobiya halları

3. Genetik meyillilik

4. Yuxusuzluq

5. Psixi travmalar

6. Endokrin sistemdəki pozgunluq (xüsusen Estragenlerin aśagi düśmesi!)


DSP-nin yaranmasindakı Risk qrupu xəstəlikləri:

1. Bipolyar pozğunluq

2. Şizoeffektiv hallar

3. Şizofreniya

4. Maniya hallarina meyillilik

 

Simptomlari:

İlkin elamet-psixotik əminliklər,sayıqlamalar (səslər,qoxu),

hallüsinasiyalar(obrazlar),bu simptomlarla yanaşı əsəbilik,teşviş,həyəcan,əhval deyişkənliyi (xəste bunu hiss etmir,yaxınlari müraciət zamanı bildirir)

DSP-in xanimların yaşadiğı problemlər

1.  Yuxu ilə bağlı yuxusuzluq və ya hədsiz yuxululuq

2.  Çox danışan olurlar (əvvəlki vəziyyətinə görə) vaxtının çox hissəsini özü ilə danışır və yaxud bütün günü telefonla danışırlar

3.  Beynində bir-birini tamamlamayan fikirlərin çoxluğu yaranır

4.  Özünü "Super ana” bilir tükənməyən enerjisini ətrafdakilara göstərmək istəyir

5.  Xanima xas olmayan bezi davranislarin tezahuru

6.  Övladını müqəddəs gücə və ruhlara bağlayır

TERAPIYA

DSP cox suretle inkisaf edir, artan simptomlar hem ana hem de yeni dogulmus korpenin heyati ucun tehluke yaradir. Bu xestelik askarlandiqda pasient hekim nezareti altina goturulur. DSP-nin agir formasinda dermanlar teyin olunur (mutleq elektroqicolma terapiyasi teyin edilir).

Profilaktikasi

Əgər xanım risk qrupuna aiddirsə həkim antipsixotik preparatlar təyin edir və xüsusi həkim nəzarəti altına götürülür. Xanım doğuş və doğuşdan sonrakı dövrdə nəzarətdə saxlanılır.

PROFILAKTIKASI

Xəstənin gedişatının bir önəmli cəhəti var ki vaxtında hospitalizasiya və ya nəzarət olduqda bütün simptomlar

1. Qəzəb

2. Həyecan

3.Təşviş

4. Özünüittiham

5.Özgüvənsizlik və s əlamətlər bir il müddətinə tamamilə itir,qadın əvvəlki sağlam həyatına qayıdır.

 

Unutmayın hamiləlik zamanı orqanizmdə yaranmış dəyişikliklər betninizdəki döldən yan keçmir!Ətrafınız sizi qorumasa belə Siz özünüzü qoruyun!Hər keçirdiyiniz stress betninizdəki dölə də təsir edir!

 

Həkim / Psixoloq - Könül Abbasova

 

 



Bu yazı 383 dəfə oxunub




DOĞUŞDAN SONRAKI PSİXOZ DOĞUŞDAN SONRAKI PSİXOZ