Uşaqlarda qorxular və səbəbləri

Uşaqlarıda yaşa uyğun olaraq müəyyən qorxular olur. Qorxuların müxtəlif səbəbləri olur. Əgər valideyinlər aşırı qoruyucudursa özləri qorxursa, həyəcanlı, təşvişli isə bu uşağa da keçir. Ona görə də valideyinlər öz qorxularını uşağa yansıtmamalıdır.

Keçmişlə əlaqəli qorxulu nağıllar, yüksək tonla danışan valideyinlər, müəllimlər, daim dalaşan ata-ana - zamanla uşaqda özgüvən aşağı düşür, qorxu və fobiyalar yaranır. Qorxu uşağın gələcəyi üçün təhlükəlidir. Çünki davamlı olarsa, gələcəkdə təşvişli, həyəcanlı, özgüvənsiz bir uşaq formalaşır.

Qorxuların səbəbləri içərisində uşağın qorxulu çizgi filmlər, filmlər(zombilər və.s) izləməsi ola bilər və ya travma yaşayırsa məs: evdə tək olarkən hər hansı bir hadisə baş veribsə, liftdə qalıbsa və.s sonrakı hər onu xatırladan hadisələrdə uşaq qorxur, həyəcanlanır, ağlayır, öz yatağında yatmır və.s.

Bəzən ola bilər ki, uşaq diqqət çəkmək ümün, özünü qorxurmuş kimi aparır. Bunu dəqiqləşdirmək üçün diqqət edirik ki, uşaq bütün mühitlərdə eyni reaksiya verir ya yox.

Uşağın özgüvəni bərpa olunarsa və qorxunu yaradan travma aradan qaldırılarsa müəyyən müddət sonra problem həll olmuş olur.


Psixoloq / Zümrüd Həsənli


Bu yazı 247 dəfə oxunub




Uşaqlarda qorxular və səbəbləri Uşaqlarda qorxular və səbəbləri