Nifrət

Bizə zərər verən bizi incidən,istədiklərimizi bizdən əsirgəyən ,bizə haqsızlıq edən insanlara qarşı içimizdə bir qıcıq yaranır və bu qıcıq getdikcə böyüyüb nifrətə çevrilə bilər.Bəzən ədalətsizliklə qarşılaşırıq və bu bizdə nifrət hissi oyadır.

İnsanların da yan təsirləri var.Bəziləri başını döndürərkən,bəziləri mədəni bulandıra bilər təəssüf ki... Dostoyevskinin çox gözəl sözü var."Nə qəribədir.Sevdiyimiz insanın hər yalanından bir doğru,sevmədiyimiz insanda isə hər yolla bir yalan axtarırıq "

Başqa insana bəslədiyimiz kin nifrət hissi nə qədər haqlı olur olsun bu,bizim bir parçamızdır və sonunda bizim əleyhimizə çevrilərək ,daxilən bizə zərər vurmağa,ruhumuzu və özümüzə olan hörmətimizi yox etməyə başlayacaqdır.İnsan bəzən özünə də nifrət edə bilir.Etdiyimiz hər hansı səhvə görə və ya edə bilmədiyimiz bir şeyə görə,ata bilmədiyimiz və ya atdığımız hansısa addıma görə özümüzə nifrət edə bilərik,özümüzü günahlandırıb cəzalandıraraq.İçimizdə nifrət hissi olduqda özümüzü bütünlükdə sevməyimiz çətindir.Nifrət alma,səbətindəki çürük almaya oxşayır,onu səbətdən çıxarmasanız səbətdəki bütün almalar çürüməyə başlayacaq.İstifadə etmədiyimiz duyğu bizə zərər verər.Zaman keçdikcə bizə verdiyi narahatçılığın ağırlığını daha çox hiss etməyə başlayırıq.

Nifrət hissi ilə savaşmanın ən gözəl yolu içimizdəki nifrəti sərbəst buraxmaq və acımızı qəbul etməkdir.İçinizdəki nirəti qəbul edin və bu nifrətdən qurtulmağa çalışın.Zamanınızı və enerjinizi içinizdəki nifrəti haqlı çıxartmağa sərf etməyin,nifrətinizlə bağlı dəstək axtarmayın, çünki çox böyük ehtimalla tapacaqsınız.Bir şeyə və ya bir insana nifrət etmək onu əsla dəyişdirməz,amma sizi özünüzdə fərqinizdə olmadan başqa bir insana çevirə bilər.Nifrət etdiyinizi diqqətinizdən kənarlaşdırın onu düşünməyin,boş buraxın.Çalışın fikrinizi daha faydalı sizi sevindirən xoş təəssurat bağışlayan yaxşı seylərə yönəldəsiniz.Nifrətinizi oyadan digər duyğularınızı araşdırın.Nifrətinizlə bağlı olan əsəbinizi,qorxunuzu,kədərinizi qəbul edin.Bu duyğunu qəbul edib anlayın amma onu idarə etməyə çalışmayın.Unutmayın ki duyğularınızı mühafizə edə bilməzsiniz amma onları düşünərək necə istiqamətləndirəcəyinizi və nəticədə necə davranacağınızı idarə edə bilərsiniz.

Nifrətiniz sizi kədərləndirirsə ağlayın.Əksikliyini hiss etdiyiniz şeyin yasını saxlayın və imkan verin kədəriniz keçsin.İşinizdə kiməsə olan nifrəti oturun bir kağıza yazin.Əsəbinizi,kədərinizi nifrətinizi,qorxunuzu bir vərəqə yazın,içinizdəkiləri boşaldın sonra cırıb atın kağızı,inanın bu sizə çox yaxşı təsir bağışlayacaq.

Nifrət heç vaxt nifrətlə yox edilə bilməz.Nifrət sevgiylə yox edilə bilər.Bu ölümsüz qanundur,unutmayın !


Psixoloq: Lamiyə Vəkilova


Bu yazı 405 dəfə oxunub




Nifrət Nifrət