A. Maslow Ehtiyyacların İerarxiyası Nəzəriyyəsi

Insan ehtiyyaclarının çox qarışıq və bir-biri ilə sıx əlaqədar olduğunu bildirən Maslou bu ehtiyyacları 5 əsas kateqoriyaya ayırmışdır. Bu beşlik şəklində olan kateqoriyalar ümumilikdə böyük bir ierarxik quruluşa malikdir. Bütün bu ehtiyyaclar bir-birinin ardınca gəlir və bir-birilərini tamamlayır.

Maslounun təlabatların ierarxiyası nəzəriyyəsinə görə təlabatların ödənilməsi müəyyən bir sıralama üzrə gedir və hər təlabatın ödənilməsi üçün ondan əvvəlki təlabat mütləq ödənilməlidir. Lakin, təlabatların bu cürə ödənilməsi zamanı bəzi istisnalar olur. Məsələn, bir rəssam yaradıcılığını nümayiş etdirmək istəyir və bu təlabatını ödəmək üçün bundan əvvəl ödəməli olduğu təlabatların üzərindən onları doldurmadan keçir. Bir başqa nümunəyə nəzər salsaq, həyatda bəzi insanlar vardır ki, onlar sırf bəzi ideaları yaşatmaq üçün əllərindən gələni edirlər. Bu zaman onların bu təlabatı özündən əvvəl gələn təlabatlar nəzərə alınmadan ödənilir. Lakin, bu prosesi yerinə yetirmək olduqca çətindir.

Maslounun düşüncələrinə görə üst pillədə olan təlabatların yaranması üçün insan mütləq alt təlabatları doldurmalıdır. Təlabatlar ierarxiyası nəzəriyyəsində qeyd olunmuş təlabatlar aşağıdakılardır:

Fizioloji təlabatlar: İerarxiyanın ən alt pilləsini təşkil edir. Bura qidalanmaq, susuzluq, nəfəs almaq, yuxu və s. instinktiv təlabatlar aiddir. Həmçinin cinsəl təlabatlar da bu pilləyə aiddir. Bu pillədə olan təlabatlar ən vacib təlabatlardır və bir sonrakı pilləyə keçmək üçün mütləq pillədə olan təlabatlar ödənilməlidir. Məsələn çox ac olan bir insan şer yazmaq, gözəl bir sevgili tapmaq və ya bahalı bir maşın almaq barəsində düşünməz. O anda sadəcə yemək yeməyə, yəni, qidalanmağa olan təlabatını ödəməyə çalışır. İlk insan yaranandan bu günə qədər bəşər övladı bu pillədə olan təlabatları ödəmək üçün hər gün dayanmadan çalışır.

Güvən və təhlükəsizliyə olan təlabat: İnsan fizioloji təlabatlarını ödədikdən sonra ikinci pillədə olan güvən təlabatlarını ödəməyə başlayır. Güvən təlabatlarına qorxu, narahatlıq və xaosdan uzaq olmaq, təhlükəsizlik, qorunma və bənzəri təlabatlar aiddir. Güvənliyi təhlükədə olan bir insan digər təlabatlar haqqında düşünə bilməz.

Aid olma və sevgiyə olan təlabat: Güvənlik və fizioloji təlabatlar ödəndikdən sonra Aid olmaq və sevgi ehtiyyacı ortaya çıxır. Beləliklə, şəxs bir dost,bir sevgili və ya bir yoldaşın yoxluğunu hiss etməyə başlayır. Bu zaman insan başqa insanlarla əlaqə qurmağa başlayır. Əvvəlcə özünə müəyyən qədər dost tapır, sonra ailə qurur və digər ictimai qurumlara və ya qruplara qoşulur.

Hörmət olunmağa təlabat: Maslou da Adler, Roggers və Fromm kimi insanların üstünlüyə və hörmətə təlabatının olduğunu düşünürdü. İnsanlar özlərinə güvənməyə, yaşadıqları mühitdə digər insanların onlara hörmət etməklərinə ehtiyyac duyurlar.

Özünü aktuallaşdırmaq: İerarxiyanın ən üst səviyyəsində olan bu təlabatın yaranması üçün digər alt təlabatları tamamilə ödəmək lazımdır. Ancaq bundan sonra insan özünü aktuallaşdırmaq barəsində düşünə bilər. Özünü aktuallaşdırmış insan digər insanların problemlərini rahat dinləyib onlara yardım edə bilər. Həmçinin bu tip insanlar öz problemlərini çox rahat və təmkinli şəkildə həll edirlər.

Kliniki psixoloq: Vüsal Alquliyev


Bu yazı 896 dəfə oxunub




A. Maslow Ehtiyyacların İerarxiyası Nəzəriyyəsi A. Maslow Ehtiyyacların İerarxiyası Nəzəriyyəsi