Peşəkar Psixoterapevtlik Təlimi

Humel Psixologiya Mərkəzi Peşəkar Psixoterapevtlik Proqramına başlayır
Siz bu proqrama qatılmaqla psixologiyanı həm nəzəri həm də praktik cəhətdən öyrənəcəksiniz! Proqram 9ay müddətində olacaq. Proqram iştirakçıları 9 aylıq bu müddət ərzində qatıldığı kurslarla bağlı Beynəlxalq Sertifikat əldə edəcəklər. İmtahanda toplanılmış nəticə yüksək olarsa Humel Psixologiya Mərkəzində işlə təmin ediləcəkdir.
Təlimçilər: - Klinik psixoloq və psixoterapevt Elnare Bakishli
- Ailə psixoloqu,Humel Psixologiya Mərkəzinin təsisçisi Taryel Faziloğlu
Proqramda iştirak etmək üçün qoyulan kritieriyalar
Proqrama Psixologiya ixtisasında təhsil alan 3-cü,4-cü kurs tələbələri, Magistratura pilləsində təhsil alan magistrantlar və eyni zamanda Psixologiya ixtisasını bitirmiş Psixoloqlar iştirak edə bilər.
Proqram iştirakçıları nə qazanacaq
Psixoloqun etik kodeksini öyrənəcək
Psixologiyanı həm nəzəri həm də praktik cəhətdən öyrənəcək;
Superviziyadan keçmək imkanı qazanacaq;
Klinik psixologiya və Psixoterapiya, sahəsində 9 aylıq kurslarda iştirak edəcək;
Diaqnostik metodikalar və onlarla işləmə qaydalarını öyrənəcək;
Konsultasiyanın sirlərini öyrənəcək;
Elmi məqalələr yazmaq, layihələr işləmək bacarıqlarını inkişaf etdirə biləcək;
Təlim keçmək qabiliyyətini inkişaf etdirə biləcək;
Eyni zamanda motivasiya təlimləri alacaqlar.
Proqram iştirakçıları müsabiqə vasitəsi ilə seçiləcək.
Layihədə yalnız 12 nəfər iştirak edə bilər.Sənədlərin qəbulu mərkəzdə həyata keçirilir.