Elnarə Baxışlı
Klinik Psixoloq

Elnərə Baxışlı Xanməd qızı.
1994-cü ildə Binəqədi rayonu 267 saylı orta məktəbi bitirmiş və həmin il Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna daxil olmuşdur.
1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumda Məktəbəqədər Tərbiyə üzrə pedaqoq, Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisas Artırma və Yenidənhazırlama İnstitutunda ibtidai sinif müəllimi üzrə ixtisas dəyişmə üzrə 1 illik kurs. Bakı Dövlət Universitetində Sosial Elmlər və Psixologiya üzrə qiyabi təhsil. Üç il Psixologiya və Konsultasiya Mərkəzində psixoloq və art terapevt kimi işləyib. Hal-hazırda Psixi Sağlamlıq Mərkəzinin Psixoloji Reabilitasiya Şöbəsində psixoloq kimi işləyir. Həmçinin, PsyLab-Psixologiya və Fərdi İnkişaf Mərkəzində art terapiya, yaş psixologiyası və qrafologiya üzrə təlimlər keçirib. Diplom işini "Nevrozların aradan qaldırılmasında art terapiyanın rolu" mövzusunda müdafiə edib.
2012-ci ildən Psixi Sağlamlıq Mərkəzində psixoloq və art terapevt kimi çalışmışdır.
2012-ci ildə Litvanın Vilnyus şəhərində Global İnitative on Psychiatry (Глобальная инициатива в психиатрии) adlı mərkəzdə ikihəftəlik "Əlillərin reabilitasiyası və əhalinin sosial psixoloji yardımı üzrə multidissiplinar komanda işi" proqramı üzrə kurslarda iştirak etmişdir. 1-5 fevral 2013-cü il Azərbaycan Psixi Sağlamlq Mərkəzində Psixososial Reabilitasiya işinin aparılması üzrə Ruta Lukosaytutenin keçirtdiyi treninqin dinləyicisi olub. Həmin ildə 10-30 noyabr tarixi müddətində Ankara Dışkapı Yıldırım Beyazid Eğitim ve Araşdırma Hastanesinde "Psikoloji"adı proqramda iştirak etmişdi.
2015-ci ildən Psixi Sağlamlıq Mərkəzində klinik uşaq psixoloqu.
2015-ci il de Türkiyede "Gönül Özel Eğitim ve Rehabilitasyon Merkezinde tətbiq olunan Teorik ve praktik özel eğitim ve Rehabilitasyon hizmetleri çalışmaları" üzrə 1 aylıq kurs keçmişdir. Həmin ildə Türkiyədə Özel Eğitim ve Rehabilitasyon Merkezi tərəfindən təşkil edilən "Rusal hastalıkların tedavisinde klinik psikoloji" proqramı üzrə təlimlərdə iştirak etmişdir.
2015-ci ildən Humel Psixologiya Mərkəzində psixoloji fənlər üzrə təlimçi.
2016-2018 Ankara Üniversitesi Sağlık Bilimleri Fakültesi Aile Danışmanlığı üzrə Yüksəklisans.